Rusiya üçün ABŞ-ın keçmiş prezidenti Donald Tramp digər namizədlərdən çox da fərqlənmir, çünki onun dövründə Vaşinqtonun Moskvaya qarşı sanksiya yarışı başlayıb.
Oxu24.com xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Trampın dövründə Vaşinqton bu sanksiya yarışına başladı. Onun prezidentliyi dövründə Rusiyaya qarşı çoxlu sayda məhdudiyyətlər tətbiq edilib. Bu baxımdan o, bizim üçün bütün digər namizədlərdən çox da fərqlənmir”, - Kreml nümayəndəsi qeyd edib.
Peskov onu da əlavə edib ki, Kreml heç vaxt Trampa çəhrayı eynəklə baxmayıb. Bununla belə, o, etiraf edib ki, Respublikaçı namizəd seçkidə qalib gəlsə, “bir az daha siyasi müdriklik” göstərə bilər.
İyulun 17-də Peskov bildirib ki, Donald Trampın prezidentliyi dövründə Rusiyaya qarşı bir çox məhdudiyyətlər tətbiq edilib, eyni zamanda Moskva ilə Vaşinqton arasında dialoq davam edir. O, həmçinin bildirib ki, “Kreml ABŞ-ın keçmiş prezidentinin Moskvaya qarşı sanksiyaları yumşaltmaq təkliflərini öyrənməyib”.
Nigar
Oxu24.com
ŞƏRHLƏR