Macarıstanın Baş Naziri Aparatının rəhbəri Gergely Gulyas bildirib ki, Budapeşt hüquqi boşluq axtarır ki, Kiyevin sanksiyalarından təsirlənməyən şirkətlər Rusiya neftini Ukrayna vasitəsilə tədarük edə bilsinlər.
Oxu24.com xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
O qeyd edib ki, problem üç yolla həll oluna bilər - birincisi, Aİ-yə daxil olmağa can atan Ukrayna məhdudiyyətləri aradan qaldırarsa, çünki bu, üzv ölkələrin enerji təchizatını pozur. İkincisi, problemin həllində Avropa Komissiyasının köməyidir.
“Üçüncü, biz Ukraynanın yeni qadağalarından təsirlənməyənlərin neft tədarükü ilə məşğul olub-olmadığını görməliyik.
Bundan əvvəl məlum olub ki, Macarıstan və Slovakiya birgə Avropa Komissiyasından Ukraynanın Rusiya neftinin tranzitini dayandırması ilə bağlı qərarın qəbulunu sürətləndirməyi tələb ediblər. Birgə bəyanatda Budapeşt və Bratislava Rusiyanın Lukoil şirkətinə neft tədarükündə yaranan fasilələrə görə Ukrayna ilə məsləhətləşmələrdə Avropa Komissiyasından vasitəçilik istəyib.
Ukraynanın Rusiyanın “Lukoyl” şirkətinə qarşı sanksiyaları səbəbindən Rusiya neftinin Ukrayna vasitəsilə Macarıstan və Slovakiyaya tədarükü dayandırılıb.
Nigar
Oxu24.com
ŞƏRHLƏR