Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
114988
az

Polad Bülbüloğlunun parlament seçkilərində iştirakı təsdiqləndi

15:2825 İyul, 2024
101
SİYASƏT
  • A

Polad Bülbüloğlu 124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsindən namizəd olacaq. 

Oxu24.com Modern.az-a istinadən xəbər verir ki, 124 saylı Şuşa-Ağdam-Xocavənd Dairə Seçki Komissiyasından məlumatı təsdiq ediblər. Bildirilib ki, o, artıq müvafiq sənədləri sözügedən Dairə Seçki Komissiyasına təqdim edib.

Qeyd edək ki, hakim Yeni Azərbaycan Partiyasının (YAP) 124 saylı seçki dairəsindən namizədi Leyla Babışovadır. O, YAP Şuşa rayon təşkilatının sədr müavinidir. Adıçəkilən seçki dairəsindən, həmçinin Azad Vətən Partiyasının (AZAD VƏTƏN) sədri Akif Nağının da namizədliyi irəli sürülüb.

Xatırladaq ki, Polad Bülbüloğlu 1945-ci ildə anadan olub. O, 1988-2006-cı illərdə Azərbaycanın mədəniyyət naziri olub. 2006-cı ildən Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiridir. Diplomat 1995-ci ildə 45 saylı Şuşa–Cəbrayıl –Xocavənd seçki dairəsindən deputat seçilmişdi.

 
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

"Afrika ölkələri ilə əlaqələrin genişləndirilməsi Azərbaycan üçün prioritetdir" - Nazir
Ceyhun Bayramov Somalinin XİN rəhbərini qarşıladı
İlham Əliyev Maldiv liderini təbrik etdi