Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
114986
az

Özbəkistanda İsrail səfirini təhqir edən şəxs 10 sutka həbs edilib

22:4225 İyul, 2024
164
DÜNYA
  • A

Özbəkistan sakini sosial şəbəkədə İsrail səfirini təhqir etdiyinə görə 10 sutka həbs edilib.

 

Qeyd olunur ki, 36 yaşlı paytaxt sakini Telegram kanalında şərh dərc etdikdən sonra məhkəməyə çağırılıb.

 

Eyni zamanda təqsirləndirilən şəxs məhkəmə binası qarşısında daxili işlər orqanları əməkdaşlarının tələblərini yerinə yetirməkdən imtina edib.

 

O, xırda xuliqanlıq və asayiş keşikçisinin qanuni tələblərinə tabe olmamaq maddələri ilə təqsirli bilinərək, ona 10 sutka həbs cəzası verilib.

 

Bundan əvvəl məlum olmuşdu ki, Özbəkistanın Yunusabad Rayon Məhkəməsi kriminal dairələrdə Baxti Daşkentski və Baxti Yangiabadski kimi tanınan 52 yaşlı Bəxtiyor Kudratullayevi 20 il müddətinə azadlıqdan məhrum edib.

 

Özbəkistanın yeganə qanuni oğru 44 maddə üzrə, o cümlədən cinayətkar birlik təşkil etmə, hədə-qorxu ilə tələb etmə, qəsdən sağlamlığa ağır zərər vurma və narkotik maddələr saxlamaqda təqsirli bilinib.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu ölkədən ABŞ-a ƏZƏLƏ NÜMAYİŞİ -Hərbi təyyarələr geri qaytarıldı
Netanyahu Trampa bomba qərarına görə təşəkkür etdi
Ermənistanda Rusiyanın 102-ci bazasının hərbi qulluqçusunun meyiti tapılıb