Bu gündən etibarən Varşava artıq Ukraynaya xeyli miqdarda döyüş sursatının daxil olduğu 45-ci hərbi yardım paketini təqdim edəcək.
Oxu24.com xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
Bildirilir ki, 2022-ci ilin əvvəlindən Polşa müxtəlif növ silah, hərbi texnika və sursatdan ibarət 44 hərbi yardım paketi təqdim edib. Ukrayna Silahlı Qüvvələrinə müxtəlif yardımların, o cümlədən tibbi yardımın ümumi dəyəri 4 milyard ABŞ dollarını ötüb.
"45-ci paket hazırda icra prosesindədir, xüsusilə də Ukrayna üçün əhəmiyyətli miqdarda sursatdan ibarətdir", - məlumatda qeyd olunub.
ŞƏRHLƏR