Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
114960
az

Hesablama Palatası bu universitetlərdə nöqsanlar aşkarladı

13:4125 İyul, 2024
205
CƏMİYYƏT
  • A

Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə növbəti Kollegiya iclası keçirilib.

Oxu24.com xəbər verir ki, kollegiya iclasında ilk olaraq “Bakı Dövlət Universiteti tərəfindən dövlət vəsaitinin və digər dövlət əmlakının idarə olunmasının və istifadəsinin, həmçinin fəaliyyətinin auditinin nəticələrinə dair Auditor hesabatı” müzakirə edilib. İclasda Bakı Dövlət Universitetinin rektoru fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru Elçin Babayev və prorektorlar da iştirak ediblər. Rektor auditin nəticələrinin Universitetin fəaliyyətinin təkmilləşdirilməsinə xidmət edəcəyini, Hesablama Palatasının bütün təklif və tövsiyələrinin nəzərə alınacağını qeyd edib.

Daha sonra “Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası tərəfindən dövlət vəsaitinin və digər dövlət əmlakının idarə olunmasının auditinin nəticələrinə dair Auditor hesabatı” müzakirə olunub.

Müzakirələrin nəticəsində auditor hesabatlarının təsdiq olunmasına, aşkar edilmiş nöqsanların təhsil müəssisələri tərəfindən aradan qaldırılması məqsədilə zəruri işlərin görülməsinə dair qərarlar qəbul olunub.

İclasda həmçinin gündəlikdə dayanan cari məsələlərə baxılıb.

 
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sabah sükut olacaq
Matəm günü ilə əlaqədar teatr-konsert müəssisələrində bütün mədəni-kütləvi tədbirlər təxirə salınıb
14 Azərbaycan vətəndaşı sağ qalıb

Başı kəsilən canlı 2 həftə yaşadı - MARAQLI FAKT

18+

Parkda təcavüz olunan qadın öldü
Yeni görüntülər yayıldı -VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Pirotexniki vasitələr satan 17     nəfər      saxlanıldı