Qaynar xətt:

(+99450) 247 90 86

Ağır qəza baş verib: Xeyli sayda yaralı var

REDAKTORUN SEÇİMİ

241

25.07.2024, 12:46

Bakı-Quba-Rusiya ödənişli avtomagistralının 153-cü kilometrində - Xaçmaz rayonunun Hülövlü kəndindən keçən hissəsində ağır xəsarətlə nəticələnən iki yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Oxu24.com-un  məlumatına görə, “Chery” markalı minik avtomobili ödənişli yolda idarəetmədən çıxaraq aşıb.

Ardınca eyni ərazidə “Chevrolet” markalı minik avtomobili arxadan yolun kənarında dayanmaq istəyən “KIA” markalı maşına çırpılıb.

Baş verən qəzalar nəticəsində ümumilikdə səkkiz nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar təcili tibbi yardım briqadalarının köməyi ilə Xaçmaz rayon Mərkəzi Xəstəxanasına aparılıb.(Report)