Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
114950
az

Nazarbayevə daha bir zərbə vuruldu

18:5025 İyul, 2024
105
DÜNYA
  • A

Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayev artıq respublikanın Milli Elmlər Akademiyasının üzvü deyil.

 

Oxu24.com xəbər verir  ki, elm və ali təhsil naziri Sayasat Nurbek bildirib.


Nurbek bildirib  ki, 2023-cü ildə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin qərarı ilə 9 üzvdən ibarət yeni Elmlər Akademiyası yaradılıb. "Keçmiş akademiyanın üzvlərinə gəlincə, onların statusu sıfırlanıb”, - nazir qeyd edib.

Qazaxıstan Milli Elmlər Akademiyasının akademiki statusu Nazarbayevə 1995-ci ildə verilib. 2011-ci ildə akademiyada elm adamlarının forumu keçirilib və orada Nazarbayev “Əsrin alimi” adına layiq görülüb.

Aprel ayında Astanada Qazaxıstan Silahlı Qüvvələri Muzeyindən Nazarbayevin mum fiquru götürülüb. Fevral ayında onun heykəli Qazaxıstan Milli Muzeyinin zalındakı sərgidən zalların konsepsiyasında dəyişiklik edildiyi üçün çıxarılıb. Yanvar ayında Astanada Milli Müdafiə Universitetinin ərazisində Nazarbayevin abidəsi sökülüb.

2023-cü il fevralın 15-də Tokayev “Qazaxıstan Respublikasının birinci Prezidenti - Elbası haqqında” Qazaxıstan Respublikasının konstitusiya qanununun qüvvədən düşmüş hesab edilməsi haqqında” qanunu imzalayıb. Bu qanun Nazarbayevin, eləcə də onun ailə üzvlərinin statusunu və imtiyazlarını tənzimləyirdi.

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dünyanın ən bahalı metalı açıqlandı
ABŞ Trampın Qrenlandiyanı “ilhaq etmək” ideyasını yüksək qiymətləndirdi
Mask açıq şəkildə Trampın müttəfiqinə qarşı çıxış edib

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Paytaxtda DƏHŞƏT -Hamilə sevgilisini qarnından güllələdi, özü isə...