Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
114945
az

Qadını yaşadığı evdə qətlə yetirmək istəyən həmkəndlisi həbs edilib

12:2725 İyul, 2024
284
KRİMİNAL
  • A

Aprelin 8-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Həmzəli kənd sakini 1990-cı il təvəllüdlü Qasımova Sitarə Məmməd qızına xəsarətlər yetirilməsi faktı üzrə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.

Naxçıvan Muxtar Respublikası Prokurorluğundan bildirilib ki, istintaqla 1983-cü il təvəllüdlü Əliyev Afəddin İsrafil oğlunun qisas niyyəti ilə həmkəndlisi Sitarə Qasımovanın yaşadığı evə gəlib bıçaqla sonuncuya xəsarət yetirərək onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Afiyəddin Əliyevə  Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə yekun ittiham elan edilib, barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 

Cinayət işi baxılması üçün Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Paytaxtda DƏHŞƏT -Hamilə sevgilisini qarnından güllələdi, özü isə...
Azərbaycanda AĞIR QƏZA: xəsarət alanlar var
Bakıda avtomobil partladı -Xəsarət alan var

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Paytaxtda DƏHŞƏT -Hamilə sevgilisini qarnından güllələdi, özü isə...