Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
114918
az

Rusiya XİN-dən Aİ-nin Ermənistana 10 milyon avro göndərmək planına MÜNASİBƏT

15:4324 İyul, 2024
157
DÜNYA
  • A

"Avropa İttifaqının (Aİ) Ermənistan Silahlı Qüvvələrinə 10 milyon avro göndərmək planlarının arxasında Transqafqazda dağıdıcı təsirin yayılması üçün geosiyasi hesablamalar dayanır".

Oxu24.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə Aİ-nin Ermənistana 10 milyon dollar hərbi yardım ayırması ilə bağlı xəbərə münasibət bildirərkən deyib.

XİN  rəsmisi,  Aİ-nin bu hərəkətini Qafqazda təsirini genişləndirmək istədiyini  bir daha göstərdiyini vurğulayıb: 

""Qondarma Avropa Sülh Fondu” sülh, sabitlik və ya təhlükəsizlik deyil, müharibə, təxribat törədən ölkələr toplusudur. Bunu Ukraynanın timsalında görmək olar. Çoxsaylı böyük münaqişələrin yaşandığı bir regionda müdafiə qabiliyyətinin gücləndirilməsi baxımından 10 milyon dollarla nə etmək olar. Amma öz siyasətini və müdafiəsini necə quracağına qərar vermək suveren ölkənin öz işidir". 

 
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Türkiyədə təyyarə qəzaya uğradı -Pilot yaralandı
Rusiya Ukraynanın hərbi     aerodromlarını      vurdu
Ukraynanın hər yerində həyəcan     siqnalı        verilib