Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
114910
az

Daha bir Qərb bankı Rusiyanı tərk edir

22:3724 İyul, 2024
179
DÜNYA
  • A

Rusiyada fəaliyyətini davam etdirən sonuncu Qərb banklarından biri olan İtaliyanın Unicredit bankı Avropa Mərkəzi Bankının təzyiqləri səbəbindən Rusiya Federasiyasındakı biznesini məhdudlaşdırmaq planlarını açıqlayıb.


2025-ci ildə "törəmə" UniCreditBank Rusiya bazarındakı bütün əməliyyatları əhəmiyyətli dərəcədə azaltmağı planlaşdırır.

 

Bu barədə   Reuters İtaliya bank qrupunun yarımillik hesabatlarına istinadən xəbər verir.

 

Bankın Rusiya vətəndaşları və şirkətləri üçün SWIFT vasitəsilə həyata keçirdiyi transsərhəd köçürmələr, Unicreditin planına görə, müharibədən əvvəlki səviyyə ilə müqayisədə üç dəfə - 8,5 milyard avroya qədər azaldılmalıdır.

 

Rusiya Federasiyasında verilən kreditlərin həcmi təxminən 7 dəfə (85 faiz) artaraq 1 milyard avroya çatıb.

 

Bundan əlavə, bank rusiyalı müştərilərin depozitlərini 4 dəfə azaltmağı planlaşdırır: gələn il onun Rusiyadakı hesablarında fiziki və hüquqi şəxslərin 2 milyard avrodan çox vəsaiti qalmamalıdır.

 

Bank hesabatda vurğulayır ki, Rusiyada fəaliyyətin azaldılması sanksiyaları nəzərə alır. İlin əvvəlindən onun Rusiya Federasiyasındakı kredit portfeli artıq 68% azalaraq 2,3 milyard avroya, transsərhəd köçürmələrin həcmi isə 56% azalaraq 11,2 milyard avroya çatıb. Hesabatlara görə, ilin birinci yarısında Rusiya biznesi Unicredit-ə 116 milyon avro xalis mənfəət gətirib ki, bu da bir il əvvəlkindən 1,5 dəfə azdır.

 

Müharibə başlamazdan əvvəl aktivlərinə görə Rusiyada ilk 20-likdə olan UniCredit, aprel ayında Avropa Mərkəzi Bankından xəbərdarlıq aldı. O, bankın ana strukturu olan İtaliyanın UniCredit qrupuna Rusiyadakı törəmə müəssisəsindəki əməliyyatların həcmini kəskin şəkildə azaltmağı əmr edib.

 

ECB-dən oxşar tələblər Rusiyada fəaliyyətini davam etdirən Qərb banklarının ən böyüyü olan Raiffeisenbank-a da irəli sürülüb. Öz məlumatlarına görə, Rusiya iqtisadiyyatına bütün xarici ödənişlərin yarısını təmin edən Raiffeisenbank, keçən ildən bəri tənzimləyicilər və rəsmilər tərəfindən sıx təzyiq altındadır: ECB bankın "hər hansı bir vasitə ilə" Rusiyanı tərk etməsində israr etdi və ABŞ səlahiyyətliləri Raiffeisen-in sanksiyaları pozduğundan şübhələnərək araşdırmaya başlayıb.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Çin ABŞ-ı kosmosda silahlanma yarışını dayandırmağa çağırır
Estoniya və Finlandiya arasında daha üç rabitə kabeli zədələnib
Politoloq Türkiyənin Suriyanı öz protektoratına çevirmək istəyini açıqlayıb

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Usta öldü