Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
114889
az

Geomaqnit qasırğası müşahidə olunur

12:5724 İyul, 2024
153
  • A

Günəş fəallığı son sutka ərzində yüksək səviyyədə olub. İyulun 23-də Günəş səthində bəzi oblastlarda güclü M3.9/Sn (R1-minor), iyulun 24-də isə şərq hissədə M2.4 alışmaları baş verib. Digər oblastlar C4.5, C8.4 səviyyədə C sinif (Yerə bir o qədər təsir edə biməyən) alışmalarla fəal olub. C4.5 alışması tac kütlə atılması ilə müşayiət edilib.

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, hazırda koronoqraflarda Yerə yönəlmiş tac kütlə atılması müşahidə olunmasa da, iyulun 26-dək Günəşdə M (radio rabitələri əngəlləyə bilən) və X sinif (daha güclü) alışmaların olacağı proqnozlaşdırılır. 23-25 iyul tarixlərində kiçik də olsa, S1 (minor) geomaqnit qasırğasının olma ehtimalı var.

İyulun 21-də Günəşi tərk etmiş tac kütlə atılmasının təsiri ilə 24-25 iyul tarixləri üçün Günəş küləyi parametrləri normal səviyyəyə enəcək. Bu gün geomaqnit qasırğasının G1-G2 (mülayim-nəzərə çarpmayan) səviyyədə davam edəcəyi ehtimal olunur. İyulun 25-də tac kütlə atılmasının təsirinin zəifləyəcəyinə baxmayaraq, geomaqnit sahənin fəal səviyyədə qalması gözlənilir.

Hazırda geomaqnit səviyyə qeyri-stabil vəziyyətdədir. İyulun 26-dan geomaqnit sahə normal, sakit səviyyəyə enəcək.

 
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakı metrosunda "Həzi Aslanov" yazılı lövhələr dəyişdiriləcək? -AÇIQLAMA
Balıqları bişirəcəkdi, paketi açanda qışqırmağa başladı - VİDEO
Ağcaqayın şərbətinin olduqca faydalı xüsusiyyətləri ÜZƏ ÇIXDI

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Ev belə partladı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Son 37 ildə qeydiyyata düşən İİV xəstələrinin    sayı      açıqlandı
Daha tez-tez yerkökü və pomidor yeyin