Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
114874
az

İlham Əliyev Şavkat Mirziyoyevə zəng etdi

10:4024 İyul, 2024
153
  • A

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 24-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə zəng edib.

Oxu24.com xəbər verir ki, dövlət başçısı Şavkat Mirziyoyevi ad günü münasibətilə təbrik edərək, ona möhkəm cansağlığı və prezidentlik fəaliyyətində yeni uğurlar arzulayıb.

Şavkat Mirziyoyev göstərilən diqqətə və təbrikə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib.

Prezidentlər bu il iyulun 5-6-da Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşünün və bu tədbir çərçivəsində təmasların əhəmiyyətini qeyd ediblər.

Telefon söhbəti zamanı dövlət başçıları ölkələr arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq, əlaqələrin bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə edib, əməkdaşlığın perspektivləri və gələcək təmaslar barədə fikir mübadiləsi aparıblar.

 
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Paşinyan ABŞ-da etirazla qarşılandı - Foto
Bayramov latviyalı     həmkarı        ilə    danışdı
Üzeyir Hacıbəylinin 140 illiyi qeyd olunacaq- Sərəncam

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Ölüb-dirilən şəxsin danışdıqları şok etdi - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Bu 10 qida xərçəngdən qoruyur - ALİMLƏR AÇIQLADI
Saxta spirtli içkilər hazırlayan 5     nəfər      saxlanıldı