Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
114862
az

Ağadadaş Ağayev kimdir? – Balta ilə gündəmə gələn Xalq artisti haqqında ŞOK FAKTLAR

10:1524 İyul, 2024
447
REDAKTORUN SEÇİMİ
  • A

Lent.az "Bioqrafiya" rubrikasında Xalq artisti Ağadadaş Ağayev barəsində məlumat verir.

- Ağadadaş Ağayev harada və nə zaman anadan olub?

Ağadadaş Ağayev 1956-cı ildə Cəlilabad rayonunun Hasıllı kəndində anadan olub. 

- Ağadadaş Ağayev ali təhsil alıb?

1972-1977-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsil alıb. Bir müddət Cəlilabad rayon Hasıllı kənd orta məktəbində müəllim işləyib (1977-1983). 1994-cü ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin mədəni-maarif fakültəsini bitirib.

- Ağadadaş Ağayevin sənət yolu necə başlayıb?

1981-ci ildə ilk dəfə mahnılarını audio-kaset variantında yayıb. Həmin il "İstedadlar axtarırıq" müsabiqəsinin qalibi olub. 1983-cü ildə Azərbaycan Dövlət Filarmoniyasında ilk solo konsertini verib. 1984-cü ildən Filarmoniyada Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solisti kimi fəaliyyətə başlayıb. 1988-ci ildən Azərbaycan Televiziyasının solistidir.

- Ağadadaş Ağayev bitərəfdir?

O, 13 yanvar 2012-ci ildə Yeni Azərbaycan Partiyasının üzvüdür.

- Ağadadaş Ağayev nə zaman fəxri ad alıb?

1998-ci ildə Əməkdar artist, 2006-cı ildə Xalq artisti fəxri adını alıb?

- Ağadadaş Ağayev ailəlidir?

Müğənni iki dəfə rəsmi ailə qurub. Bu nikahlardan Kamil, Səbuhi, Seymur, Həmid adlı dörd oğlu, Leyla adlı 1 qızı var. 

- Ağadadaş Ağayev xəstədir?

2021-ci ildə onkoloji xəstə olduğunu bildirib. Türkiyədə 3 dəfə əməliyyat keçirdikdən sonra özünü yaxşı hiss etdiyini bildirmişdi.

- Ağadadaş Ağayev efirlərdə yayılan musiqidən, musiqimizin indiki vəziyyətindən razıdır?

Xeyr. O, bu barədə belə deyib: "Efir ilk dəfə eşidib-güldüyümüz, rişxənd etdiyimiz səsləri o qədər bizim qulaqlarımıza ötürür ki, biz o səslərin səs olduğunu qəbul edirik. Bizi bunlara alışdırılar. Nə zamansa bərbad səviyyədə oxuyan müğənni indi əməkdar artistdir. Əslində isə qəbul olunmaz şeyləri insana qəbul elətdirirlər, onun beyninə yeridirlər. Ona görə mən də efirə nəzarət edən insanların özləri bilsin, bir də vicdanları bilsin deyirəm".- Ağadadaş Ağayev hansı müğənnini örnək alaraq sənətə gəlib?

"Musiqiyə gəlməyimə səbəb Sabir Mirzəyevə olan sevgim olub. Sabir Mirzəyevi həyatda görməmişəm, heç onun cəlilabadlı olduğunu da bilməmişəm. Amma Sabir Mirzəyevin səsi bütün səslərdən fərqlidir, onun səsinin əsiri olmuşdum. Hətta bir vaxtlar onun kimi ifa edir, onu yamsılayırdım" ,- deyə o bildirib.

-  Ağadadaş Ağayev 1970-ci ilin sonlarından artıq böyük populyarlıq qazansa da, efirə çox gec, 1985-ci ildə çıxıb. Bu nə ilə bağlı idi?

- "Yaşlısından tutmuş cavanına qədər insanlar mənim haqqımda o qədər danışırdılar ki, özüm də məəttəl qalırdım. Amma onlar bilmirdilər ki, haqqında danışdıqları adam mənəm. Bu bilirsiniz adama necə zövq verir? Elə yaşamaq mənim üçün rahat idi. Öz bölgəmizdə bilirdilər ki, mən kiməm. Amma rayondan kənara çıxanda heç kim məni zahirən tanımırdı. Hətta Bakıda toyda olanda mənə gəlib sifariş verirdilər ki, Ağadadaşdan oxu. Mən də oxuyurdum. Onlara həm səs oxşarlığı, həm də mahnıların hamısını əzbərə bilməyim təəccüblü gəlirdi. Bəzən bütün kaseti mənə oxutdururdular. Ancaq sonralar efirə çıxmaq mənim üçün şərt oldu. Çünki məşhurlaşdıqca mövzu, müzakirə obyektinə çevrildim. Mənim haqqımda kimin ağlına nə gəldi danışmağa başladı. Məşhurluğumun fəsadlı tərəfləri yavaş-yavaş özünü göstərirdi. İnsanlar danışırdılar ki, Ağadadaş başında aerodrom papaq, yan-yörəsində quldur dəstəsi ilə qatarların qarşısını kəsib, adamları soyur. Ona görə də mən kim olduğumu canlı şəkildə, efir vasitəsi ilə bildirməli oldum",- deyə o bildirib.

- Ağadadaş Ağayev Xalq artistləri Nəzakət Teymurova, Arif Babayev ilə nə üçün qalmaqal yaşayıb

Müğənni bir dəfə "Qarabağda məktəb yoxdur, ləhcə var" deməklə  etirazlara səbəb olub. Qarabağlı ifaçılardan Arif Babayev, Nəzakət Teymurova ona sərt cavab verdilər. 

"Mən də efir vasitəsi ilə onlara cavab verdim. Qarabağ şivəsi ola bilər. Bəzi adamlar musiqi dili, muğam vasitəsi ilə vətəni bölməyə çalışırlar.Məqsəd məni nüfuzdan salmaq idi. Efirə çıxıb Bakı xanəndəsini gətirdim. Onlara elə efirdən müəyyən məsələləri sübut etmək istəyəndə, mənimlə döyüşənlərin hamısı qaçıb aradan çıxdılar. Yəni yenə deyirəm Qarabağ yolu ola bilər, amma məktəbi yox. Məktəbi bu qədər kiçiltmək olmaz. Mənim kökümü, soyumu, bütün ənənələrimi bir qarabağlı ifaçıya bağlamaq, dəyərlərimizə belə insafsızca yanaşmaq olmaz. Ayrı-seçkilik nadan insanlara xas fikirdir. Arif Babayev də, Nəzakət Teymurova da mənim yenə də dostlarımdılar. Amma Nəzakət özü də etiraf edir ki, bu gün mənimlə birlikdə əyləşib intellekt söhbəti edə bilməz. Elə Arif də bunu bacarmaz. Onlar ancaq Allahın verdiyi istedada söykənib yaşayan insanlardılar. Mən də öz tariximə söykənib yaşayan insanam. Həmin söz-söhbətdən sonra Arif Babayev mənə zəng edib üzr istədi. Mənə dedi ki, Ağadadaş, sən yaxşı ifaçısan. Mən də ona eyni xoş sözləri dedim. Amma tarixim artıq mənim üçün namus məsələsidir. Bu söhbətləri yaradanlar yenə də Qarabağ ifaçıları oldu. Vallah, onlar yaratdılar. Onlara görə yaxşı səs ancaq qarabağlılara məxsusdur. Deyə-deyə özlərini də gözə gətirdilər, bizi də. Tanrı isə təkəbbürlü insanları sevmir",- deyə o bildirib.

- Ağadadaş Ağayev cinayət törədib? Onun bir nəfəri baltalaması barədə məlumat yayıldı.

İyulun 23-də Xalq artisti Ağadadaş Ağayevlə bağlı baş verən insidentin bəzi təfərrüatları məlum olub.
Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə "MedEra" klinikasında baş verib. 

Xalq artisti Ağadadaş Ağayev "MedEra" klinikasının yerləşdiyi şəhərcikdə yaşayır. 

Onkoloji xəstəlikdən əziyyət çəkən Xalq artistinin halı pisləşdiyi üçün eyvana çıxaraq klinikadan yardım istəyib.
Mühafizəçi isə onu klinikaya dəvət edib. Bu zaman əsəbiləşən A.Ağayev əlində olan baltanı mühafizəçiyə tullayıb.
Balta yerə düşəndən sonra orada işləyən xadimənin ayağına dəyib.

Daxil olan şikayət əsasında polisdə araşdırmalara başlanıb. Hadisə anı təhlükəsizlik kameralarına düşüb. Videogörüntülərdə Xalq artistinin baltanı atdıqdan sonra mühafizəçi tərəfindən yerə yıxılaraq döyüldüyü əks olunub.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

15 yaşlı qızı kişilərə 600 manata satan qadın tutuldu
Bakıda meyiti tapılan 109 yaşlı şəxs görün kim imiş
7 nəfər öldü - Azərbaycanda faciə

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Ev belə partladı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Son 37 ildə qeydiyyata düşən İİV xəstələrinin    sayı      açıqlandı
Polis 1,6 kq narkotik aşkarlayıb