Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
11486
az

Dünyanın ən bahalı rəsmi yoxa çıxdı

20:0431 Mart, 2019
799
DÜNYA
  • A
 İncəsənət tarixində ən bahalı rəsm sayılan "Dünyanın xilaskarı" yoxa çıxıb.

Oxu24.com bildirir ki, Birləşmiş Ərəb Əmirliklərindəki Abu-Dabi Luvrunun əməkdaşları Leonardo da Vinçinin rəsminin harada olduğunu bilmirlər.

"Dünyanın xilaskarı"nın ötən ilin sentyabrında Abu-Dabidəki Luvrda sərgilənəcəyi planlaşdırılsa da, o vaxt BƏƏ paytaxtının rəhbərliyi məlum olmayan səbəblərdən sərgini təxirə salıb.

Qeyd edək ki, sözügedən rəsm 2017-ci ildə hərracda 400 milyon dollara satılıb. Komissiya haqları və vergi daxil olmaqla, rəsmi alan şəxs 450 milyon dollar ödəyib. The New York Times iddia edirdi ki, rəsmi səudiyyəli şahzadə Bədir bin Abdulla bin Məhəmməd bi Farhan Əl Səud alıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Microsoft”u külli miqdarda cərimə gözləyir - SƏBƏB
Dinozavrlar geri qayıda bilərmi? - Elm adamları nə deyir?
Blinken Fidanla Yaxın Şərqdəki vəziyyəti müzakirə etdi

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi