Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
114858
az

Azərbaycanda 6 ayda 178 minə yaxın əmlaka çıxarış verilib

15:5823 İyul, 2024
62
İQTİSADİYYAT
  • A

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda daşınmaz əmlak üzərində 177 664 mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib.

Bu barədə Oxu24.com İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, bu göstəricinin 27 707-si (15,6 %-i) ilkin, 149 957-si isə (84,4 %-i) isə təkrar qeydiyyatın payına düşür.

Hesabat dövründə fərdi yaşayış və bağ evi üzərində - 27 695, mənzil üzərində - 39 388, torpaq sahəsi – 104 580, qeyri-yaşayış binası – 1 586, qeyri-yaşayış sahəsi – 4 017, əmlak kompleksi - 376, çoxmərtəbəli yaşayış binası üzərində isə 22 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb.

Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 45 513-ü Bakının, qalan hissəsi isə bölgələrin payına düşür.

Bu ilin birinci yarımilliyi ərzində 132 115 texniki pasport tərtib edilib, 35 203 ipoteka müqaviləsi qeydiyyata alınıb.

 
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dövlət mülkiyyətinə vurulmuş ziyanın ödənişi 3 dəfə artıb
Qızıl bahalaşdı, gümüş isə ucuzlaşdı
Bu işçilərin mənzil kirayəsi üçün pul kompensasiyasının məbləği müəyyənləşdi