İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların aşkarlanaraq götürülməsi və könüllü təhvil verilməsi istiqamətində aparılan nəzarət-profilaktiki tədbirlər nəticəsində rayon sakinlərindən 3 ədəd müvafiq sənədləri olmayan ov tüfəngi götürülüb.
Oxu24.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupu məlumat yayıb.
Bildirilib ki, bu istiqamətdə tədbirlər davam etdirilir.
Oxu24.com
ŞƏRHLƏR