Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
114841
az

AAYDA-nın “Çağrı Mərkəzi”nə 6 ay ərzində 3508 zəng daxil olub

14:4123 İyul, 2024
131
CƏMİYYƏT
  • A

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “Çağrı Mərkəzi”nə (0125997975) cari ilin 6 ayı ərzində 3508 zəng daxil olub.

Oxu24.com xəbər verir ki, zəng edən vətəndaşların 1466 nəfərinin müraciəti yerindəcə, 1269 müraciət isə məsələ ilə bağlı araşdırma aparıldıqdan sonra vətəndaşa geri zəng edilməklə cavablandırılıb, 541 müraciət digər qurumlara yönləndirilib. 

Bundan başqa, bölgələrdə leysan xarakterli yağıntılar və güclü külək zamanı yollarda baş vermiş problemlərlə bağlı 232 zəng qəbul olunaraq dərhal agentliyin aidiyyəti rayonlar üzrə tabeli təşkilatlarına bu barədə məlumat verilib və qısa müddət ərzində sözügedən yollarda avtonəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkəti bərpa olunub.

Qeyd edək ki, vətəndaş məmnunluğunun təmin olunması və insanları narahat edən problemlərin qısa müddət ərzində araşdırılaraq cavablandırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”na əsasən Agentlikdə “Çağrı Mərkəzi” (0125997975) yenidən təşkil edilib, iş fəaliyyəti sistemi qurulub və müasir avadanlıqlarla təchiz edilib.

“Çağrı Mərkəzi”nin yenidən təşkili aparılan islahatlara və yeni çağırışlara uyğun hazırlanmış konsepsiya əsasında idarəetmənin təkmilləşdirilməsi istiqamətində Agentlikdə görülən işlərin tərkib hissəsidir.

 
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Luxe Home” şirkətinin tikdiyi binada kran sürücüsüfaciəli     şəkildə      öldü
Nazirlərin qəbuluna düşmək istəyənlərin nəzərinə!- Siyahı
Saray körpüsünün təmirindən son görüntü -VİDEO

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Plastik cərrahların nəzərinə!- Sənəd qəbulu dayandırılır
Bakıda 278 min manatlıq oğurluq edənlər saxlanıldı- VİDEO