ABŞ prezidenti Co Baydenin ətrafı hakimiyyəti öz əlində saxlamaq üçün dövlət başçısının səhhətinin vəziyyətini gizlədərək Amerika xalqını aldadıb.
Oxu24.com xəbər verir ki,bu barədə Amerikanın “The American Conservative” jurnalı respublikaçı senatorlara istinadən yazır.
Respublikaçı senator Rik Skott nəşrə müsahibəsində “Dörd il ərzində Co Baydenə ən yaxın olanlar, o cümlədən Kamala Harris onun prezident olmağa yararsız olduğunu və Amerika xalqına yalan danışdığını bilirdilər”,-deyə o bildirib.
Onun sözlərinə görə, Baydenin ətrafı yalanlarla ölkədə hakimiyyəti saxlamağa çalışırdı.
İyulun 21-də Co Bayden prezidentlik yarışını tərk etdiyini açıqladı. O qeyd edib ki, hazırkı səlahiyyət müddətinin qalan hissəsində prezident kimi öz vəzifələrini yerinə yetirməyə diqqət yetirsə, Demokrat Partiyası və ölkə üçün daha yaxşı olardı.
Baydenin səhhətinin onun prezidentlik yarışını tərk etməsinə təsiri daha əvvəl açıqlanmışdı.
Nigar
Oxu24.com
ŞƏRHLƏR