Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
114832
az

Ağadadaş Ağayev möhkəm döyülüb? -ŞOK İDDİA

13:2923 İyul, 2024
560
CƏMİYYƏT
  • A

Xalq artisti Ağadadaş Ağayevlə bağlı baş verən insidentlə bağlı bəzi iddialar irəli sürülüb.

Ölkə.az xəbər verir ki. bu barədə jurnalist Məhəmmədəli Qəribli qeyd edib.

O bildirib ki, Xalq artisti Ağadadaş Ağayevlə bağlı baş verən hadisənin canlı şahidi olan adamla danışıb:

"Hadisə belə olub: Ağadadaş Ağayev “MedEra” adlı xəstəxananın lap yaxınlığında yaşayır. O, bir neçə gün əvvəl qulağından əməliyyat olunub. Həyətinin qapısını açıb “Medera”nın gözətçisinə deyib ki, oradan bir tibb bacısı çağır, gəlib mənim qulağıma baxsın. Gözətçi deyib ki, mən niyə çağırıram, get, özün çağır. Aralarında yaranan mübahisə davaya çevrilib. Qarovulçu Ağadadaşı yıxıb yerə və möhkəm döyüb. Hadisə şahidi deyir ki, onlar bir neçə adamla zorla Ağadadaşı mühafizəçinin əlindən ala biliblər.

Sonra Xalq artisti evdən baltanı götürüb və düşüb onu döyən mühafizəçinin ardına. Baltanı atanda başqa bir adama dəyib. Görün, “Medera”nın işçiləri nə dərəcədə harınlayıb ki, küçənin ortasında Xalq artistini döyür. Bir xəstəxananın həkimləri səhv müalicəyə görə gündə bir xəstəni öldürürsə, oranın mühafizəçisindən bundan artıq nə gözləyəsən?”

Qeyd edək ki, A.Ağayevin mühafizəçiyə tulladığı balta orada işləyən xanım Paşayevanın ayağına dəyib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Müdafiə Nazirliyi təcili açıqlama yaydı
Azərbaycanda hərbi jurnalist vəfat edib
Telegram-da yeni funksiyalar var

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
İsrail qüvvələri TRT komandasına hücum edib
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Azyaşlı qızını ağladığı üçün suda boğaraq öldürübmüş... - RƏSMİ