Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
11481
az

Beynində 25 şiş olan qadın yeni müalicə yolu tapıb

16:0831 Mart, 2019
470
TİBB
  • A
Beyin şişləri, digər orqanlarda rast gəlinən xərçənglərin beyinə yayılmış formaları ən təhlükəli hallardan sayılır. Bu, çox zaman çıxılmaz durum hesab edilir.

Oxu24.com  bildirir ki, amma İngiltərədə baş verən hadisə bunun hər zaman belə olmadığını deməyə əsas verir. İngiltərədə yaşayan 45 yaşlı Heidi Spence adlı qadının beynində müayinələr zamanı 25 şiş aşkarlanıb.

Sağ ayağında uyuşma hiss edən qadın müxtəlif müayinələrə cəlb olunub. Əvvəlcə onun beynində çoxlu sayda - 25 ədəd şiş aşkarlanıb. Müayinələr əsnasında məlum olub ki, qadın ağciyər xərçəngindən əziyyət çəkir və həmin problem beyinə və sümüklərə metastaz verib. Qadına cəmi 6 ay ömrünün qaldığı deyilib. Xəstə isə ümidsizliyə qapılmayıb, internetdən məlumatlar toplamağa, müalicə yollarını araşdırmağa başlayıb. Heidi hansı dərmanların onun xəstəliyinə daha yaxşı kömək edəcəyini tam olaraq öyrənmək üçün yeni bir test edib.

İngiltərənin qabaqcıl xərçəng mərkəzlərindən birində edilən testin nəticəsində qadının beş geninin mutasiyaya uğradığı məlum olub. Onlardan ikisi üçün müalicə tapılıb.

Üç ay ərzində beyində olan şişlər yoxa çıxıb, sümük və ağciyərlərdə olan şişlərdə isə kiçilmə müşahidə olunub. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qocalıqda sağlam beynin sirri: Həkim açıqladı
Ürək xəstəliyi və qalxanvari vəz əlaqəli imiş..
Üzünüzdəki 2 əlamət bu xəstəlikdən xəbər verir

Dinozavr ayaq izləri tapılıb

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Orta məktəbdə atışma: Qız şagirdi öldürdü, özü də intihar etdi