Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
1148
az

"İşdən çıxarılan nazirlərin pulları əllərindən alınsa, hamısı qaçıb xaricə gedəcək"

20:1327 Aprel, 2018
793
SİYASƏT
  • A
 "Prezident İlham Əliyevin yeni kadr siyasəti hamı tərəfindən alqışlanır. Xüsusilə də yeni hökumətdə gənclərin təmsil olunması insanlarımız tərəfindən yüksək qiymətləndirilir".

Bu fikirləri "Oxu24.com"a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin sabiq sədri, Bakı Dövlət Universitetinin professoru Şahlar Əsgərov bildirib.

Şahlar Əsgərov deyib ki, dövlət canlı orqanizmə bənzəyir:

"Dövlət də nə vaxtsa qocalır. Bu qocalmanın qarşısını almaq üçün elita zaman-zaman dəyişməlidir. Bu, inkişaf konsepsiyasının əsas sütunlarından biridir. Əgər biz zaman-zaman nazirləri dəyişməsək, o zaman dövlətimiz qocalar. Dövlət qocalanda isə yaxşı işləyə bilmir. Ona görə də hökumət üzvləri mütəmadi olara getməlidir, yerlərinə yeniləri gəlməlidir. Mən ölkə başçısının son kadr təyinatlarında bu fəlsəfəni müşahidə etdim".
Sabiq deputat işdən çıxarılan hökumət üzvlərinin də işsiz qalmayacağını söyləyib:

"Vəzifədən çıxarılan adamlar gələcəkdə Azərbaycanda orta təbəqəni formalaşdıran insanlardır. Bunun da konkret səbəbləri var. Əgər həmin şəxslərlə bağlı yoxlamalar olsa, xeyli yeyintilərə rast gəlinəcək. Dövlət də həmin pulları geri qaytaracaq. Amma nə qədər geri qaytarılsa da, həmin adamlarda pul qalacaq. Burada dövlət çalışmalıdır ki, həmin adamları Azərbaycana investisiya qoyub yeni iş yerləri açmağa yönəltsin. Ancaq dövlət bunu elə etməlidir ki, həmin adamlar könüllü şəkildə bunu etsinlər. Təsəvvür edin ki, dövlət onların əlindən pulları zorla alsa, hamısı qaçıb xaricə gedəcək. Avropada bir məşhur deyimdə deyilir ki, qazın tükünü elə yol, çığırmasın. Ona görə də elə edilməlidir ki, işdən çıxarılan nazirlər xaricə qaçmasın, pulları ölkəmizə yatırsın. Bundan əvvəl də işdən çıxarılan nazirlər var idi. Onlar vaxtilə xaricə getmişdilər, ancaq indi hamısı Azərbaycana geri qayıdırlar və burada biznes qururlar. Ona görə də mən hesab edirəm ki, dünənə qədər nazir olanlar sabah Azərbaycanda orta təbəqənin adamları olacaq".




 



Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İlham Əliyev zimbabveli həmkarı ilə görüşdü - Foto
Azərbaycanla İspaniya XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirildi
Putin Pezeşkianla ÜZ-ÜZƏ GƏLİR -"Ciddi söhbət olacaq"

Kardaşyan 30 min dollara robot aldı

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
COVID virusu xərçəngin müalicəsində  istifadə  olunacaq
Bu ilin 10 ayında 10 velosipedçi yol  qəzasında  ölüb