Bakıda iyulun 23-də gecə saatlarında iki nəfərin ölməsi, bir nəfərin isə xəsarətlər alması barədə Bakı şəhəri Suraxanı rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Oxu24.com-a Suraxanı Rayon Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, araşdırmalarla rayonun Binə qəsəbəsi ərazisində yaşayan 1974-cü il təvəllüdlü Rza Eyyubovun kəsici-deşici alətlə əvvəlcə 2 azyaşlı oğluna, daha sonra isə özünə xəsarətlər yetirməsi nəticəsində sonuncu və azyaşlılardan birinin ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Hadisə zamanı xəsarət alan digər azyaşlı xəstəxanaya yerləşdirilib, hazırda müalicəsi davam etdirilir.
Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4, 120.2.9, 29, 120.2.4, 29, 120.2.9 (xüsusi amansızlıqla və köməksiz vəziyyətdə qəsdən adam öldürmə və öldürməyə cəhd) və digər maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Öldürülən şəxs tanınmış idmançı imiş - ŞOK TƏFƏRRÜAT
Oxu24.com
ŞƏRHLƏR