Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
114763
az

Xarici ölkələrdən 24 nəfər ekstradisiya edilib

14:2622 İyul, 2024
84
KRİMİNAL
  • A

Xarici ölkələrdən 24 nəfər ekstradisiya edilib.

Oxu24.com xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Baş Prokurorluqda onlayn formatda keçirilən Geniş Kollegiya İclasında bildirib.

Qeyd edilib ki, beynəlxalq əməkdaşlıq sahəsində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində 2024-cü ilin birinci yarımili ərzində müxtəlif cinayətlərə görə barələrində beynəlxalq axtarış elan edilmiş 24 nəfər təqsirləndirilən şəxsin xarici ölkələrdə tutularaq ölkəmizə ekstradisiya edilməsi təmin edilmişdir.

Bundan başqa, iclas zamanı qeyd olunub ki, 2024-cü ilin I yarımilində “Çağrı Mərkəzi”nə daxil olmuş 14562 müraciət üzrə vətəndaşlara müvafiq hüquqi izahlar verilmiş, 2213 məlumat isə cinayət xarakterli məlumatlar olduğu üçün qeydə alınıb araşdırılması üçün aidiyyatı struktur qurumlara tapşırılmış və qanunla nəzərdə tutulmuş tədbirlərin görülməsi təmin edilmişdir.

 
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azyaşlı qızını ağladığı üçün suda boğaraq öldürübmüş... - RƏSMİ
Salyanda narkotiklərin satışını təşkil edən şəxs saxlanıldı
DİN-dən əməliyyat: Həbs edilənlər var (VİDEO)