Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
11476
az

Bakı sakinlərinin nəzərinə! Bu avtobusların yolu dəyişdi

10:4531 Mart, 2019
639
CƏMİYYƏT
  • A
 
Bu gündən 88 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma fəaliyyəti "BakuBus" MMC-nin istismarında olan iritutumlu "İveco" markalı müasir və komfortlu avtobuslarla həyata keçirilir.

Bakı Nəqliyyat Agentliyindən  verilən məlumata görə, 88 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində də müəyyən dəyişikliklər edilib.

Avtobusların son dayanacaq məntəqəsi "Dərnəgül" Nəqliyyatı Mübadilə Mərkəzi müəyyən edilib.

Bununla yanaşı, küçənin ensiz olması səbəbindən 88 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar M.Qaşqay küçəsinin Ə.Qasımzadə və Akademik H.Əliyev küçələrinin kəsişməsinə qədər olan hissəsindən keçməyəcək. Alternativ olaraq avtobuslar 7-ci mikrorayon istiqamətində Ə.Qasımzadə, C.Hacıbəyli və Akademik H.Əliyev küçələri ilə hərəkət edəcəklər.

Həmçinin, 8 nömrəli marşrutun 88 nömrəli marşrutla müəyyən küçə və prospektlərdə eyni istiqamət üzrə fəaliyyət göstərməsini nəzərə alaraq 8 nömrəli marşrutun nömrəsinin dəyişdirilərək 88A nömrəsi altında fəaliyyət göstərməsi planlaşdırılıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Komitədən Elçinin döyülməsi ilə bağlı açıqlama
Kirayə yaşayanlara şad xəbər: Gələn aydan öz eviniz olacaq
Bakıda bu aparat hamıya PUL PAYLAYIR - Qarşısında uzun növbələr

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Rail Abbasov 6 il 6 aylıq- Həbs edildi