Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
114758
az

“Kəpəz” albaniyalı futbolçunu heyətinə transfer etdi

13:2722 İyul, 2024
52
İDMAN
  • A

“Kəpəz” heyətini yeni futbolçu ilə gücləndirib.

Klubdan verilən məlumata görə, Gəncə təmsilçisi albaniyalı Redon Mihananı transfer edib. 25 yaşlı legioner ilə 1+1 illik müqavilə bağlanılıb.

Yarımmüdafiənin hər iki cinahında oynaya bilən futbolçu karyerasında ilk dəfə legioner həyatı yaşayır.

O, son olaraq ölkəsinin "Erzeni" klubunda çıxış edib. Mihana Abaniyanın U-21 millisinin də şərəfini qoruyub.

 
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Olimpiya oyunlarında ilk dünya rekordu qeydə alındı
"Sumqayıt" - "Fehervar" matçına 8000 bilet satılıb
Konfrans Liqası: “Sumqayıt”, “Zirə” və “Sabah” mübarizəyə başlayır