Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
114752
az

Ziya Bünyadovun qatillərinin azadlığa buraxılmasına çalışanlar kimdir? - Həbs olunanlar var

12:3422 İyul, 2024
99
KRİMİNAL
  • A

Xarici xüsusi xidmət orqanları akademik Ziya Bünyadovun qətlinə görə ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Zeynalov Mahir Nurhüseyn oğlunun azadlığa buraxılmasına nail olmağa cəhd edib. 

İşin hallarından görünür ki, Z.Bünyadovun qətlinə görə ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş M.Zeynalovun azadlığa buraxılması üçün xarici xüsusi xidmət orqanının tapşırığı ilə Bağırov Akif Əlimirzə oğluna külli miqdarda pul vəsaiti göndərilib.

Akif Bağırov bu istiqamətdə yollar axtarmaq məqsədilə həmin vəsaitləri məsuliyyətə cəlb edilmiş digər Azərbaycan vətəndaşına verib və bu vəsaitlər Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi çərçivəsində həyata keçirilmiş tədbirlər zamanı aşkar edilərək sübut qismində götürülüb.

Səbail Rayon Məhkəməsinin qərarı ilə Akif Bağırov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. (trend)

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azyaşlı qızını ağladığı üçün suda boğaraq öldürübmüş... - RƏSMİ
Salyanda narkotiklərin satışını təşkil edən şəxs saxlanıldı
DİN-dən əməliyyat: Həbs edilənlər var (VİDEO)