Moskvada kişi anası və nənəsinin olduğu mənzilin qapısını yandırıb. Hər iki qadın ölüb.
Oxu24.com xəbər verir ki, bu barədə Moskva prokurorluğu Telegram-da məlumat yayıb.
Fövqəladə hadisə Krasnoboqatırskaya küçəsində yerləşən yaşayış binasında baş verib.
Zəng yerinə gələn yanğınsöndürənlər mənzildə 1934 və 1968-ci il təvəllüdlü iki qadının meyitini aşkar ediblər.
“MK: Təcili xəbərlər” Telegram kanalının məlumatına görə, hücum edən şəxs narkotik aludəçisidir.
Miri
Oxu24.com
ŞƏRHLƏR