Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
11474
az

Mübariz Mənsimovdan örnək addım: Tələbələrə təqaüd verəcək

10:1531 Mart, 2019
13520
CƏMİYYƏT
  • A
 
“Palmali” şirkəti Türkiyədə təhsil alan 100 azərbaycanlı tələbəyə təqaüd verəcək.

Oxu24.com  Yenicag.az-a istinadən məlumat verir ki, artıq siyahıya daxil edilən tələbələrlə görüş keçirilib, onlarla müqavilələr imzalanıb. Tədbirdə şirkətin prezidenti Mübariz Mənsimov da iştirak edib.

Sözügedən tədbirdə çıxış edən Mənsimov, gənclərlə keçirdiyi anları ömrünün ən rəngli saatları adlandırıb:

“Sizlər Azərbaycanın gələcəyisiniz. Həyatda uğur qazanmağınız üçün ən önəmli şey təhsildir. Sizin hər birinizin borcu Azərbaycanın üzləşdiyi Dağlıq Qarabağ problemini qabartmaqdır. Sizdən gözləntimiz vətəninizi ən gözəl şəkildə təmsil etməkdir. Sizinlə keçirtdiyimiz anlar ömrümüzün ən rəngli saatlarıdır. İnanıram ki, bundan sonra uzun müddət bərabər addımlayacağıq.

Biz mühəndis, həkim, müəllim, iş adamı olaraq, xaricdə Azərbaycanı təmsil edirik. Azərbaycan adını uca tutmaq ən ümdə vəzifəmiz olmalıdır. Azərbaycan ərazi baxımından kiçik ola bilər. Əsrlərlə işğallara məruz qaldığımız üçün Böyük Azərbaycandan bizə qalan hazırkı torpaqlarımızdır. Ancaq sizin hər biriniz Böyük Azərbaycansınız, bu böyük torpağın parçalarısınız.

Kaş ki, həyatımı geri qaytara bilsəydim. Mən yenə də təhsilə önəm verərdim. “Palmali” ailəsinə xoş gəlmisiniz. Artıq gələn həftə təqaüdünüz bank hesablarınıza yatırılacaq. Təhsilinizi yüksək səviyyədə davam etdirsəniz, magistr biliyi əldə etməniz üçün sizə dəstək olmağa davam edəcəyik. Sizin uğurunuz təkcə ailənizin yox, bütün Azərbaycanındır. Siz təkcə ailənizi yox, Azərbaycanı düşünməlisiniz. Burada heç biriniz nazir balası deyilsiniz. Bu yerlərə əziyyət çəkərək gəlmisiniz. Həyatınızda uzun bir marafon var”. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Mehriban Ələkbərzadənin bu sözlərinə görə işdən çıxdım” -Corc görün nələr danışdı
Sobada toyuğu belə bişirin – Çox dadlı olacaq
Məşhur xanım aparıcıdan üzücü xəbər - FOTO

İnəkləri üçün 4 mərtəbəli bina tikdi

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
Prezidentin xanımı və qızı ilə səsverməsindən yeni- Video
Bu şəxslər vərəmə meyilli olurlar
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Azərbaycanda küçədə bıçaqlanma -ANBAAN GÖRÜNTÜLƏR