Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
114727
az

Ramin İsayevin işi üzrə şok yeyinti- 54 milyon!

11:0022 İyul, 2024
262
ÖZƏL BÖLÜM
  • A

“SOCAR-AQŞ” MMC-nin sabiq baş direktoru Ramin İsayevin 1 il davam edən ibtidai istintaqı başa çatıb.

Oxu24.com xəbər verir  ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılan istintaqın gedişində cinayət işi üzrə başqa epizodlar üzə çıxıb.

R.İsayevin əməlləri nəticəsində dəymiş ziyan 4 dəfəyə yaxın artaraq (əvvəl 16 milyon idi-red) 54 milyon manat təşkil edib. Müəyyən edilib ki, eks-baş direktor qazancının həqiqi mənbəyini gizlətmək məqsədilə qeyd olunan pul vəsaitlərinin 16 milyon manat təşkil edən hissəsini təkrar leqallaşdırıb.

Ona qarşı Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə və israfetmə -xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə yanaşı, 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma) maddələri ilə yekun ittiham verilib.

İş üzrə “SOCAR-AQŞ”dən başqa, “Abşeron Qazma” MMC və “Aqrarkredit” QSC Bank olmayan Kredit Təşkilatına da zərər dəyib.

Bu günlərdə toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işinin digər detalları ilə bağlı məhkəmə istintaqı dövründə məlumat verəcəyik.

Qeyd edək ki, Ramin İsayev 2020-ci ildə “SOCAR-AQŞ” MMC-nin baş direktoru vəzifəsindən azad edilib. Ötən ilin iyulunda həbs edilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

COP29-un Liderlər Sammitində ailə fotosu çəkdirilib
Kasıblar ən çox bu ölkələrdə yaşayır - ŞOK RƏQƏMLƏR
İbadət Məhərəmovun “xəstə balaları”nın işini Hərbi Pokurorluq araşdıracaq

Sizi təəccübləndirəcək maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Təqaüd düzəltmək adı ilə 400 min manatı ələ keçirən qadına    hökm     oxundu