Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
114720
az

Heç bir partiyaya ödənişsiz efir vaxtı verilməyəcək?

16:5719 İyul, 2024
106
SİYASƏT
  • A

Siyasi partiyalar sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərinə hazırlaşır. Qeydiyyatda olan 26 siyasi partiyanın 25-i seçkidə iştirak qərarı verib.

Siyasi təşkilatlar namizədlərini irəli sürməyə başlayıb.

Mövcud qanunvericiliyə görə, ölkə üzrə birmandatlı seçki dairələrinin 60-dan çoxunda namizədləri qeydə alınmış siyasi partiyalara, siyasi partiyaların bloklarına müxtəlif media subyektlərində ödənişsiz efir vaxtı və dərc üçün yer ayrılır.

Ancaq hakim Yeni Azərbaycan Partiyasından (YAP) başqa heç bir siyasi təşkilat 60-dan çox dairədən namizəd irəli sürməyib. YAP 125 seçki dairəsindən namizədlərini açıqlayıb.

Modern.az bir sıra siyasi partiyalar arasında onların neçə namizədlə seçkidə iştirak edəcəyini öyrənib.

Saytımıza açıqlamasında Tural Abbaslı bildirib ki, 40 namizəd irəli sürüblər:

"Haradasa, 40-dan yuxarı dairədən namizəd irəli sürmüşük. 30-dan yuxarı dairədən də imza vərəqələri götürülüb. Demək olar ki, bu dəqiqə bütün namizədlər imza toplayıb. Proses davam edir. 2-3 nəfər daha namizəd irəli sürə də bilərik, sürməyə də. Faktiki 40-41 namizədimiz var. Bizim fikrimiz daha çox dairədən namizəd irəli sürmək idi. Qanunvericiliyə görə 60-dan yuxarı dairədən namizəd qeydə alınanda pulsuz efir vaxtı verilir. Bu günə qədər Yeni Azərbaycan Partiyasından başqa heç bir partiyadan 60-dan yuxarı namizədi qeydə alınmayıb. Ona görə biz buna ehtiyac duymadıq".

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev hazırda partiyasının 8 nəfər üzvünün namizədliyinin irəli sürdüyünü bildirib: "8 namizəd irəli sürmüşük. Proses davam edir. Əvvəl bizim 25 dairədən namizəd irəli sürmək fikrimiz vardı. Sonra müzakirələr nəticəsində sayı azaltmaq qərarına gəldik. Əsas məqsədimiz partiyanın parlament partiyası olmasıdır. Hansı dairədə şansımız çoxdursa, bütün gücümüz ora səfərbər olunacaq".

“Ana Vətən” Partiyasının Seçki Qərargahından verilən məlumatda bildirilib ki,Partiyanın İdarə Heyətinin qərarı ilə çoxsaylı iddiaçılar arasından 12 nəfərin növbədənkənar parlament seçkisində iştirakı məqsədəuyğun hesab olunub.

Böyük Quruluş Partiyasının səri Fazil Mustafa isə söyləyib ki, partiya bir nəfər onun namizədliyini irəli sürüb:

"Partiyamızdan hələ bir nəfər mənim namizədliyim irəli sürülüb. Bu barədə düşünürük. Yəqin ki, hansısa formada digər namzədlərimiz olacaq. Biz Partiya olaraq üzvlərimizə sərbəstlik vermişik. Kim hansı dairədən istəsə, namizədliyini irəli sürə bilər. Siyahı üzrə namizədlərimizi irəli sürmürük. Hər kəs öz dairəsindəki real imkanları dəyərləndirib qərar verə bilər".

Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı deyib ki, artıq namizədlərin irəli sürülməsi prosesi dayandırılıb:

"50-dən çox üzvümüzün namizədliyi irəli sürüb. Artıq onlar imza toplama kampaniyasına başlayıb. Namizədlərin irəli sürülüməsi prosesi dayanıb. Namizədliklərini irəli sürənlərdən neçəsinin namizədliyinin təsdiqlənəcəyini demək mümkün deyil".

Müsavat Partiyası 40-a yaxın, Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) 14, REAL isə 13 namizədlə iştirak edəcək. Digər siyasi partiyalardan da 60-dan yuxarı namizəd irəli sürən olmayıb.

Beləliklə, Azərbaycanda YAP-dan başqa heç bir siyasi təşkilat ödənişsiz təşviqatdan istifadə edə bilməyəcək. Qeyd edək ki, bundan əvvəlki seçkilərdə də oxşar vəziyyət yaranmışdı. Buna görə YAP ödənişsiz efir vaxtından imtina etmişdi.

 
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

"Afrika ölkələri ilə əlaqələrin genişləndirilməsi Azərbaycan üçün prioritetdir" - Nazir
Ceyhun Bayramov Somalinin XİN rəhbərini qarşıladı
İlham Əliyev Maldiv liderini təbrik etdi

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
İsrail qüvvələri TRT komandasına hücum edib
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Azyaşlı qızını ağladığı üçün suda boğaraq öldürübmüş... - RƏSMİ