Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
114710
az

Xankəndiyə marşrut xətti açılır

15:4319 İyul, 2024
164
CƏMİYYƏT
  • A

Şuşa, Laçın və Xankəndi şəhərləri istiqamətində nəqliyyat sistemi hazırlanır.

Oxu24.com xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) sədri Anar Rzayev sektorda qanunvericiliyin təkmilləşdirilməsinə dair keçirilən brifinqdə bildirib.

"Qarabağda həm şəhərlərarası, həm də şəhərdaxili sərnişindaşımanın həyata keçirilməsi üçün işlər gedir. Biz artıq müsabiqələr elan etmişik. Bərdə-Xankəndi, Bakı-Laçın marşrutları müsabiqəyə çıxarılıb, onların qalibləri tezliklə elan ediləcək və fəaliyyətə başlayacaqlar", - deyə o qeyd edib.

"Yeniliklərin tətbiqi “Böyük Qayıdış” çərçivəsində işğaldan azad edilmiş ərazilərdə məskunlaşan vətəndaşların daha keyfiyyətli nəqliyyat infrastrukturu və xidmətləri ilə təmin olunmasına töhfə verəcək. Hazırda tələbata və hazır olan yol infrastrukturuna uyğun olaraq Bakı-Şuşa, Bakı-Ağdam, Bərdə-Ağdam, Əhmədbəyli (Füzuli)-Şuşa, Tərtər şəhəri-Talış kəndi, Horadiz (Füzuli)-Ağalı (Zəngilan), Horadiz (Füzuli)-Hadrud (Xocavənd), Horadiz (Füzuli)-Laçın istiqamətlərdə avtobus marşrutları fəaliyyət göstərir. İşğaldan azad olunmuş digər ərazilərdə də təhlillər aparılır", - deyə A.Rzayev əlavə edib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əliyev İranla gələcək münasibətləri şərtini diktə edir – iki mühüm mesaj
Bakı metrosunda HƏYƏCANLI ANLAR -Sərnişin relslərin üstünə yıxıldı və...
Prezident Azərbaycanın böyük uğur qazandığını ELAN ETDİ

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Vüqar Qurbanov bu xəstəxanaya baş həkim      təyin       etdi
Bıçaqlı şəxs banka girdi: Qadını girov götürdü