Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
114707
az

Meşə fondu sahələrinin inventarlaşdırılması işləri nə vaxt yekunlaşacaq?

14:5919 İyul, 2024
120
CƏMİYYƏT
  • A

İşğaldan azad edilmiş ərazilərdə meşə fondu sahələrinin inventarlaşdırılması və qiymətləndirilməsi məqsədilə uzaqdan zondlama üsulu ilə 5 rayonda - Zəngilan, Füzuli, Cəbrayıl, Qubadlı və Kəlbəcər ərazisində görülən işlərin 50 faizə qədəri yekunlaşıb və 2025-ci ilin sonunadak tam yekunlaşdırmağı planlaşdırırıq.

Oxu24.com xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov ekoloji məsələlər üzrə işçi qrupun Ağdamda keçirilən növbəti iclasında deyib.

O qeyd edib ki, işğal dövründə ən çox ziyan görmüş yerlər meşə örtüyü və biomüxtəliflikdir.

Nazir müavininin sözlərinə görə, 60 min hektar ərazinin 50 min hektardan çox meşə örtüyü məhv edilib: "Əlbəttə, bu, son rəqəm deyil. Daha böyük rəqəmlər də var. Mina təhlükəsi səbəbindən tam rəqəm deyə bilmirik. Qiymətli meşə cinslərimiz daşınıb".

V.Kərimov, həmçinin bildirib ki, bu gün işğaldan azad edilən ərazilərdə aparılan işlər sayəsində bəbirlər, cüyürlər, nadir heyvanlar bu ərazilərə qayıdır.

 
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əliyev İranla gələcək münasibətləri şərtini diktə edir – iki mühüm mesaj
Bakı metrosunda HƏYƏCANLI ANLAR -Sərnişin relslərin üstünə yıxıldı və...
Prezident Azərbaycanın böyük uğur qazandığını ELAN ETDİ

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Vüqar Qurbanov bu xəstəxanaya baş həkim      təyin       etdi
Bıçaqlı şəxs banka girdi: Qadını girov götürdü