Windows əməliyyat sistemi bir sıra sənaye sahələrinə, o cümlədən bank işi, hava yolları və mediaya təsir edən qlobal fasilə ilə üzləşib.
Oxu24.com xəbər verir ki, bu barədə Amerikanın “The Verge” portalı məlumat yayıb.
Nəşrin fikrincə, kütləvi nasazlıq CrowdStrike-dən ən son təhlükəsizlik proqram yeniləməsi ilə baş verə bilərdi.
Qeyd olunur ki, bu proqram təminatının quraşdırıldığı qurğular və xidmətlər “şəbəkədən ayrılır və sonsuz yenidən yükləmə dövrünə keçir”.
Kesinti bütün dünyada banklara, aviaşirkətlərə və media qurumlarına təsir edib.
Bundan əvvəl məlum olmuşdu ki, Microsoft-da baş verən qlobal texniki nasazlıq bütün dünya üzrə hava limanlarının və aviaşirkətlərin işini pozub.
Türk Hava Yolları artıq müştərilərə biletlərin bron edilməsi və qeydiyyat zamanı yarana biləcək problemlər barədə xəbərdarlıq edib. Berlin-Brandenburq Beynəlxalq Hava Limanının işi iflic oldu və Avstraliyada telekommunikasiya operatorları, banklar və aviaşirkətlər kütləvi şəkildə zərər çəkdi. İspaniyadakı hava limanları da kompüter sistemlərində problemlər olduğunu bildiriblər.
Miri
Oxu24.com
ŞƏRHLƏR