Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
114692
az

Tələbələrin köçürülməsi prosesi başlanır

14:0019 İyul, 2024
173
CƏMİYYƏT
  • A

2024-2025-ci tədris ili üçün ali və orta ixtisas təhsil müəssisələrində təhsil alan tələbələrin iyulun 25-dən köçürülməsi üçün sənəd qəbuluna başlanır.

Köçürülmə prosesində iştirak etmək istəyən tələbələr 25 iyul 11:00-dan 31 iyul 18:00-dək portaldan (portal.edu.az) qeydiyyatdan keçərək “şəxsi kabinet” yaratdıqdan sonra, istifadəçi adı və paroldan istifadə etməklə müvafiq bölməyə daxil olub, köçürülmək üçün elektron müraciət formasını doldurub təsdiq edə bilərlər.

Bildirilib ki, sənəd qəbulu elektron formada təhsil müəssisələri tərəfindən aparılacaq.

Ali və orta ixtisas təhsil müəssisələrinin normativ təhsil müddətində (sonuncu tədris ili tələbələri istisna olmaqla) təhsil alan və təhsil aldığı müddət ərzində təhsil proqramı ilə həmin dövr üçün müəyyən olunmuş kreditlərin ən azı ikidə bir hissəsini toplamış tələbələr köçürülmə prosesində iştirak edə bilərlər.

Köçürülmə üçün Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal, qəbul olunduğu ildə köçürülmək istədiyi təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmamalıdır. Həmçinin tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən edilmiş eyni ixtisas qrupu daxilində olmalıdır.

Qaydalara əsasən, xarici ölkələrin akkreditə olunmayan təhsil müəssisələri tələbələrinin və digər ölkələrdə qiyabi təhsil alanların köçürülməsinə icazə verilmir.

Bununla yanaşı, tələbənin təhsil aldığı ali təhsil müəssisəsinin dünyanın ən yaxşı ali təhsil müəssisələrinin reytinq siyahısında olması və tələbənin beynəlxalq səviyyəli imtahanlarda əldə etdiyi nəticələr nəzərə alınan göstəricilər sırasındadır.

Xaricdən köçürülmək istəyən tələbələr qismən akademik tanınma haqqında şəhadətnamə təqdim etməlidirlər. Müraciətçilər qismən tanınma haqqında şəhadətnaməni əldə etmək üçün Təhsildə Keyfiyyət Təminatı Agentliyinə (tkta.edu.az; 146-8) müraciət etməlidirlər.

Bir ali təhsil müəssisəsindən digərinə köçürülən, ixtisasını dəyişən və tələbələr sırasına bərpa olunan şəxslər (dövlət hesabına təhsil alanların eyni ixtisas üzrə köçürülməsi istisna olmaqla) təhsillərini yalnız ödənişli əsaslarla davam etdirirlər.

 
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Diqqət! - Yeni dələduzluq növü: sifariş gözləyən hər bir vətəndaş... - VİDEO
Azərbaycanda bu şəxslərə yeni mənzillər veriləcək - 1,2 milyonluq LAYİHƏ
Bu gün həlak olan əsgərin FOTOSU

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Goranboyda 57 yaşlı kişi özünü asdı