Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
114689
az

Bu müəssisələrdə 1200-dən çox usta və müəllim vakansiyası var

13:4119 İyul, 2024
78
CƏMİYYƏT
  • A

Hazırda Azərbaycanın peşə təhsili müəssisələrində 1200-dən çox istehsalat təlimi ustaları və fənn müəllimləri vakansiyası var.

Oxu24.com xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov jurnalistlər üçün təşkil edilən brifinqdə deyib.

O qeyd edib ki, iyulun 22-si başlayan işə qəbul müsabiqəsi çərçivəsində uğur qazanan şəxslər Bakı və regionlarda yerləşən peşə təhsili müəssisələrində çalışacaqlar:

"Ümumilikdə, 551 ixtisas fənn müəllimi, 574 istehsalat təlimi ustası, 82 yüksək texniki peşə təhsili səviyyəsi üzrə vakansiya elan olunması proqnozlaşdırılır. Qeyd edim ki, bu ildən etibarən ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasında yerləşən peşə təhsili müəssisələrinə də işə qəbul prosesi mərkəzləşdirilmiş müsabiqə vasitəsilə aparılır".

Direktor əlavə edib ki, peşə təhsili müəssisələrində çalışan 135 mühəndis-pedaqoji heyət üzvü yeni qaydalara uyğun gəlmir. Buna görə də həmin şəxslərlə əmək müqaviləsi uzadılmayacaq:

"Hazırda ümumilikdə 2598 nəfər peşə təhsili müəssisələrində çalışır. Onlardan 116 nəfər staj tələbi, 19 nəfər isə təhsil tələbi ilə əlaqədar yeni qaydalara uyğun hesab edilməyiblər".

 
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Telegram-da yeni funksiyalar var
Qusarda 3 gün əvvəl kanalda batan yeniyetmənin meyiti tapılıb
Kürmükçaydan sel keçir

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
İsrail qüvvələri TRT komandasına hücum edib
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Azyaşlı qızını ağladığı üçün suda boğaraq öldürübmüş... - RƏSMİ