Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
114679
az

Ondan kömək istəyən təqaüdçülərin kartlarından oğurluq etdi

12:4219 İyul, 2024
105
KRİMİNAL
  • A

Ondan kömək istəyən təqaüdçülərin kartlarını talayan Lənkəran sakini saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə,  Lənkəran rayon sakini olan ahıl yaşlı bir nəfər təqaüd kartındakı pulun tanımadığı şəxs tərəfindən oğurlandığə barədə polisə məlumat verib.

Lənkəran Şəhər Rayon Polis  əməkdaşlarının keçirdikləri tədbirlərlə həmin vəsaitin zərərçəkmişin kartdakı pulu bankomatdan çıxarmaq üçün kömək istədiyi Kənan Əlizadə tərəfindən oğurlandığı məlum olub. 

Araşdırmalarla K.Əlizadənin kömək üçün ona müraciət edən digər 3 təqaüdçünün kartından da oğurluq etdiyi müəyyən edilib. 

O, bankomatların yaxınlığında dayanaraq kömək istəyən təqaüdçülərin kartlarını alaraq əvəzində onlara müddəti bitmiş başqa bank kartları qaytarıb. 

K.Əlizadənin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə polis orqanlarına məlumat verə bilərlər.

 
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azyaşlı qızını ağladığı üçün suda boğaraq öldürübmüş... - RƏSMİ
Salyanda narkotiklərin satışını təşkil edən şəxs saxlanıldı
DİN-dən əməliyyat: Həbs edilənlər var (VİDEO)