Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
114655
az

İran şərtini açıqladı

20:4918 İyul, 2024
178
DÜNYA
  • A

Fələstinin radikal HƏMAS hərəkatını dəstəkləyən islami müqavimət qüvvələri İsrail Qəzza zolağında hərbi əməliyyatını dayandıran kimi ona hücumu dayandıracaq.

 

Bunu İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Baqiri Kani deyib.


“Sionist rejimin (İsrail nəzərdə tutulur) Qəzza zolağındakı cinayətləri dayanan kimi, açıq-aydın, müqavimət qüvvələrinin başqa istiqamətlərdə hərəkətə keçməyəcəyini gözləmək olar. Amma nə qədər ki, İsrailin Qəzzada cinayətləri və soyqırımı davam edir, müqavimət öz maraqlarına əsaslanaraq hərəkət etmək hüququna malikdir”, o, Amerikanın CNN telekanalına müsahibəsində deyib.

 

İsrail ordusunun Fələstin anklavında keçirdiyi hərbi əməliyyat, diplomatın fikrincə, “vəziyyəti heç vaxt yəhudi dövlətinin xeyrinə çevirə bilməyəcək”.

 

“Oktyabrın 7-dən əvvəl heç vaxt İran İslam Respublikası tərəfindən sionist rejimə birbaşa təhdid olmayıb, lakin sionistlər İranın Dəməşqdəki səfirliyinə hücum edib, İranın bir neçə yüksək rütbəli hərbi komandirini öldürdükdən sonra öz ərazilərində İran raketlərini alıblar”. Söhbət İsrail Hərbi Hava Qüvvələrinin aprelin 1-də Suriya paytaxtında İran konsulluğuna hücumuna cavab olaraq aprelin 13-ü axşam saatlarında İranın İsrailə raket və pilotsuz təyyarə hücumundan gedir.

 

Nigar

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

"Uzak Şehir"dəki Fidanın real həyatdakı görkəmi heyrətə gətirdi - FOTO
Belarusda prezident seçkilərində erkən səsvermə başa çatdı
Ermənistan növbədənkənar parlament seçkilərinə gedir? -Paşinyandan AÇIQLAMA

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Göldə 40 yaşlı kişinin meyiti tapıldı