Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
114653
az

FSB imamı terrorçulara pul köçürdüyü üçün saxlayıb

14:3518 İyul, 2024
108
DÜNYA
  • A

FSB əməkdaşları “Ulyanovsk vilayəti Müsəlmanlarının Mərkəzi Ruhani İdarəsi” mərkəzləşdirilmiş dini təşkilatının imam-xətibini saxlayıblar.

 

Oxu24.com xəbər verir  ki,bu barədə “Ulyanovsk vilayətinin Tatar xəbərləri” nəşri regional idarənin rəhbərliyinə istinadən məlumat yayıb.

 

Əməliyyat-axtarış tədbirləri zamanı məlum olub ki, həmin şəxs hələ 2016-cı ildə Rusiyada fəaliyyəti qadağan edilmiş beynəlxalq terror təşkilatının üzvlərinin nəzarətində olan bank kartına pul köçürüb. Belə ki, o, Suriyada cinayətkar fəaliyyəti maliyyələşdirib.

İmamın yaşadığı ünvanda aparılan axtarış zamanı şəxsi qeydləri olan dəftərlər, bank kartları və qadağan olunmuş dini ədəbiyyat götürülüb. Onun barəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205.1-ci (“Terrorçuluğun maliyyələşdirilməsi formasında terror fəaliyyətinin təşviqi”) maddəsi ilə cinayət işi başlanıb. Araşdırma zamanı hüquq-mühafizə orqanları imamın əlaltılarını müəyyən etmək niyyətindədir.

İyulun 5-də bildirilib ki, Sankt-Peterburqun Birinci Qərb Dairə Hərbi Məhkəməsi Abdurahimjon Esan ugli Kurbonaliev (Rosfinmonitoring tərəfindən terrorçu və ekstremistlər siyahısındadır) terror təşkilatlarını maliyyələşdirməkdə ittiham olunaraq 11 il müddətinə azadlıqdan məhrum edilib.

 

Miri

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI


Ronaldo qarlı havada çılpaq sinəsi ilə POZA VERDİ
Suriyadan xəbər var
"Mer"in maşının partlatdılar

Sizi təəccübləndirəcək maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Təqaüd düzəltmək adı ilə 400 min manatı ələ keçirən qadına    hökm     oxundu