Bu gün Azərbaycanda qısa iş günüdür
07 Mart 2025, 16:34
Qaynar xətt:
(+99450) 247 90 86REDAKTORUN SEÇİMİ
142
18.07.2024, 12:10
Alkoqolizmdən əziyyət çəkən E.Eyvazovun müalicə üçün yerləşdirildiyi “Start” reabilitasiya mərkəzində işgəncələrə məruz qalması barədə məlumatlar yayılıb.
Oxu24.com xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Rüfət Səfərov feysbukda yazıb. O bildirib ki, E.Eyvazov bu ilin 5 aprel tarixindən iyunun 19-dək mərkəzdə müalicə alarkən dözülməz şiddətlə üzləşib. Atası tərəfindən müalicəsi üçün üç min manat ödənilən gənc “Start” reabilitasiya mərkəzində olduğu müddətdə qeyri-insani rəftarla üzləşdiyini bildirib. E.Eyvazov məsələ ilə bağlı polisə müraciətinin araşdırılmadığını iddia edib:
"Orada olduğum müddətdə mənə zülm verdilər. Daim işgəncə altında oldum. Ağzımı və qollarımı bağlayıb, hovuzun içinə atırdılar, boğurdular. Son anda sudan çıxarırdılar, bir qədər nəfəs alırdım, sonra yenidən eyni üsulla boğurdular. Mərkəzin əməkdaşları yerə uzadıb, ayaqlarımı arxadan belimə bağlayırdılar. Taxta ilə başıma və üz nahiyəmə zərbələr endirirdilər. Saatlarla qaranlıq tualetdə saxlayırdılar”.
DİN-in Mətbuat xidməti Abşeron rayonu ərazisində vətəndaşın müalicə aldığı reabilitasiya mərkəzində işgəncəyə məruz qalması və müraciətinin araşdırılmadığı ilə bağlı yayılan iddialara münasibət bildirib.
Həmçinin oxuyun
DİN-in Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Anar Qafarov "Qafqazinfo"ya bildirib ki, E.Eyvazov Abşeron RPİ-yə ərizə ilə müraciət edərək cari ilin aprel-iyun aylarında Novxanı qəsəbəsində yerləşən “Start” reabilitasiya mərkəzində alkoqolizmdən müalicə aldığı müddətdə mərkəzin əməkdaşları Emin və Orxan adlı şəxslərin ona fiziki və psixi təsir göstərdiyini, həmçinin orada müalicə alan Şamil adlı şəxsin isə onun sifət və qol nahiyəsindən yumruq zərbələri ilə vuraraq xəsarət yetirdiyini bildirib: “Araşdırma zamanı mərkəzin təsisçiləri, eləcə də adları çəkilən əməkdaşları Emin Əliyev və Orxan Şirinovun izahatları alınıb. Onlar müalicə müddətində E.Eyvazova psixi və fiziki zor tətbiq etmədiklərini bildiriblər.
Reabilitasiya mərkəzində müalicə alan Şamil İbrahimov isə izahatında həmin gün E.Eyvazovun aqressiv hərəkətlər etməsi səbəbindən ona irad bildirdiyini və qolundan tutaraq masaya əyləşdirdiyini qeyd edib. Məhkəmə-tibbi ekspertizası zamanı E.Eyvazovun üzərində dərəcəsi təyin olunmayan və sağlamlığa zərər vurmayan xəsarətlər aşkar olunub və bu barədə rəy verilib.
Araşdırmaların yekunu olaraq 17 iyun 2024-cü il tarixində “Start” reabilitasiya mərkəzində Ş. İbrahimovun orada müalicə alan E.Eyvazovun sifət və qol nahiyələrinə xəsarət yetirməsi nəticəsində sağlamlığa zərər vurmayan bədən xəsarəti yetirdiyi sübuta yetirilib. Ş.İbrahimovun hərəkətində cinayət tərkibi müəyyən olunmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilərək barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh tədbirləri görülüb”.
10:38 / 14 Mart 2025
Nədən termometrlər apteklərdə tapılmır ?
1
10:37 / 14 Mart 2025
Nazirlər Kabineti yeni qərar verib
19
10:30 / 14 Mart 2025
Qızılın qiyməti bahalaşdı
5
10:23 / 14 Mart 2025
Avro və rublun qiyməti dəyişdi - Dollar isə...
10
10:10 / 14 Mart 2025
Güləşçilərimizdən 1 gümüş, 2 bürünc medal
28
09:46 / 14 Mart 2025
Rusiyada yanğın baş verdi
17
09:45 / 14 Mart 2025
ABŞ Ukraynaya yeni raketlər verəcək - Foto
17
09:41 / 14 Mart 2025
Dəm qazından öldü
13
09:30 / 14 Mart 2025
Zelenski türkiyəli nazirlərlə iftar açdı - Foto
17
09:15 / 14 Mart 2025
"WhatsApp"da yeni funksiya...
33
09:00 / 14 Mart 2025
Azərbaycanda qadın öz saxladığı itin qurbanı oldu - VİDEO
30
08:51 / 14 Mart 2025
"Gecələr yata bilmirik, hər an hücum ola bilər"
28
08:41 / 14 Mart 2025
Bakı və İrəvanın razılaşması...
28
08:15 / 14 Mart 2025
Braziliyada Azərbaycan rəssamlarının sərgisi açılıb
32
07:59 / 14 Mart 2025
Putin bu sözləri Trampa deməyə qorxur
53
22:36 / 13 Mart 2025
TƏBİB-in əməkdaşı qəzada öldü
104
21:47 / 13 Mart 2025
ABŞ Aİ-nin nə qədər tez silahlandıra biləcəyini proqnozlaşdırdı
96
21:31 / 13 Mart 2025
8 nəfər dönərdən zəhərlənib
98
21:28 / 13 Mart 2025
Tramp Ukrayna ilə əraziləri müzakirə etməkdən danışıb
100
20:22 / 13 Mart 2025
Şamaxıda faciə: Ölənlər var
1215
20:17 / 13 Mart 2025
Deripaska neftin qiymətini 50 dollar səviyyəsində proqnozlaşdırır
114
20:07 / 13 Mart 2025
Görünüşü ilə heyran edən "Kaqu" quşları - VİDEO
146
19:52 / 13 Mart 2025
Bu şəxslərin maaşlarına əlavələr VERİLƏCƏK – FƏRMAN
624
19:46 / 13 Mart 2025
ABŞ NATO ölkələrinin hava hücumundan müdafiəsi ilə bağlı problemlərə diqqət çəkib
135
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.