Konqresin Nümayəndələr Palatasında ABŞ-nin keçmiş prezidenti Donald Trampa sui-qəsd cəhdinin səbəblərini araşdırmaq üçün işçi qrup yaradılıb.
OXU24.COM xəbər verir ki, bu barədə qanunverici orqanın aşağı palatasının spikeri Mayk Conson "X" sosial şəbəkəsində bildirib.
"Bu gün mən prezident Trampa sui-qəsd cəhdini araşdırmaq üçün Nümayəndələr Palatasının İşçi Qrupunun yaradıldığını elan edirəm", - deyə M.Conson bildirib.
Onun sözlərinə görə, respublikaçının niyə təhlükəsizliyin təmin edilməsində kobud səhvlərə yol verdiyi sualına cavab almaq lazımdır.
Oxu24.com
ŞƏRHLƏR