Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
114579
az

Qanuna qarşı aksiya planı: “Reket jurnalistlər” şantaja başladı

21:4917 İyul, 2024
132
CƏMİYYƏT
  • A

“Media rəhbəri” olduğunu iddia edən bir qrup şəxs - Mirismayıl Xələfli (xeberal.az), Dəyanət Babayev (azerbaycanrealliqi.com), Pərvin Abışova (Aztimes.az), Rövşən Qasımov (millitv.az), İfadə Cəfərova (İfadə tv) Prezident Administrasiyasının qarşısında aksiyaya başlamağı planlaşdırır, müxalif medianı da aksiyanı işıqlandırmağa çağırırlar. Səbəb bu şəxslərin saytlarının bloklanması ilə bağlı verilən məhkəmə qərarıdır.

Adıçəkilən saytların bloklanması “Media haqqında” qanunun tələbidir. Qanuna əsasən media subyektləri Media Reyestrindən qeydiyyatdan keçməlidir. Bu “media subyektləri” qanunun tələbinə əməl etmədiyi üçün məhkəmənin qərarı ilə fəaliyyəti dayandırılır. Həmin saytların rəhbərləri - Mirismayıl Xələfli, Dəyanət Babayev, Pərvin Abışova, Rövşən Qasımov, İfadə Cəfərova isə qanunun tələbini yerinə yetirmək əvəzinə, aksiya keçirmək və qanun pozuntusunu şantaj yolu ilə legitimləşdirmək istəyirlər. Ən gülməli məqam odur ki, “Media haqqında” qanunun tələbini “müstəqil mediaya” qarşı addım kimi təqdim edirlər. Söhbət hansı “müstəqil mediadan” gedir?

Bu saytların – “xəbəral.az”, “azerbaycanrealliqi.com”, “aztimes.az”, “millitv.az”, “ifadətv” – fəaliyəyəti bir “smartfon”, bir “planşetdən” ibarətdir. Nə redaksiyaları, nə redaksiya heyəti, nə də hüquqi ünvanları yoxdur. Media subyekti kimi fəaliyyət göstərə bilmələri üçün qanunun tələb etdiyi Media Reyestrindən də buna görə keçə bilmirlər. Hər-hansı media subyekti reyestrdən keçmək üçün bu tələblərə əməl etməlidir, çünki bir “smartfon”la media subyektiv olmaq mümkün deyil, buna cəhd edənlər də media yox, məhz “reket jurnalistlər”dir.

“Media haqqında” qanunun qəbulu və Media Reystrinin yaradılması “reket jurnalistlərin” onlayn mediada “at oynatması”nın qarşısını almağa hesablanıb. Vaxtilə mövcud olan “KİV haqqında” qanun yalnız çap mediasının fəaliyyətini tənzimlədiyi üçün “reket jurnalistlər” nəzarətsiz qalmış onlayn mediaya axın etmişdi. Belə demək mümkünsə, “hər yoldan keçən” əlinə bir telefon alıb, qarşılarına çıxanı şantaj edir, jurnalistika adından istifadə edərək, “reketçiliklə” məşğul idilər. Onlayn medianın qanunla tənzimlənməməsi “reket jurnalistlər” üçün münbit şərait yaradırdı. “Media haqqında” qanun çap mediası ilə yanaşı, onlayn medianın fəaliyyətini də tənzimləməyə imkan yaratdı və bu qanunun qəbulunda əsas məqsəd “reket jurnalistika” ilə effektiv mübarizə aparmaq, ictimai nüfuzu olan peşəkar informasiya resursları ilə medianı reket fəaliyyətin alətinə çevirənləri ayırmaq idi. Media Reyestrinin yaradılması da qanunun tələbinin praktiki icrasını həyata keçirməyə hesablanıb.

Qanunun qəbulu və reyestrin fəaliyyətə başlamasından sonra medianın peşəkarlaşmasında, həqiqi media subyektləri ilə “reket”lərin ayrılmasında və “reket jurnalistikaya” qarşı mübarizədə ciddi nəticələr əldə edilib. “Reket jurnalistləri” narahat edən də məhz budur. Çünki qapı-qapı düşüb media adından 10 manat yığan, “pul mənbəyi” kimi gördükləri hər kəsi şantaj edən bu kəslərin “bazarı” artıq bağlanır. Aksiya keçirmək istəyənlərin saytlarının bloklanması “reket jurnalistikaya” qarşı qanunla mübarizənin son nümunəsidir və media adından reket fəaliyyətlə məşğul olanların sonu üfüqdə aydın görünür. Jurnalist adından istifadə edən “reketlər” “xilas yolu” kimi ən yaxşı bacardıqları əmələ - şantaja əl atır.

- Özlərini “müstəqil media” adlandırmaqla reket olduqlarını gizlətməyə çalışır;
- “Azad sözə hücum” kimi iddialarla ictimai dəstək əldə etməyə cəhd göstərir;
- PA qarşısında aksiya keçirməklə dövləti şantaj edirlər;


Nə planlaşdırdıqları bəllidir: ya dövlət bu şantaj qarşısında prosesə onların xeyrinə olacaq formada müdaxilə etməlidir, ya da buna nail ola bilməsələr, Azərbaycanda “media susdurulur” görüntüsü yaradaraq, xaricdən dəstək almaq imkanları yarana bilər. Bu, media adından reketçiliklə məşğul olanların mahiyyətindən xəbər verir. Hərçənd, adıçəkilən saytlara nəzər yetirdikdə, sıravi oxucu belə bu informasiya resurslarının nə mediadan xəbəri olduğunu, nə də “azad sözə” yaxından-uzaqdan əlaqələrinin olmadığını görə bilir. Bunu dövlət də görür, media cameəsi də. Onların şantajının heç bir əhəmiyyəti yoxdur. Azərbaycan mediasının “reketlərdən” təmizlənməsi prosesinə start verilib və mediamız bu mərhələni keçəcək. Qanun da, onun tələbi də bəllidir. Media kimi fəaliyyət göstərmək istəyən subyektlər qanunun tələbinə əməl etməli, Media Reyestrindən keçməlidir. Peşəkar və ictimai nüfuzu olan, bir sözlə gerçək media subyektləri bundan narahat deyil, narahat olan və şantaja əl atanlar məhz “reket jurnalistlərdir”. Onların da sonu yaxınlaşır...

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İnsan orqanizmində yeni həyat forması tapıldı
Yeni il axşamı zəlzələ olacaq
Dəm qazı daha bir nəfərin həyatına SON QOYDU

Başı kəsilən canlı 2 həftə yaşadı - MARAQLI FAKT

18+

Parkda təcavüz olunan qadın öldü
Şahidlər danışır - VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Pirotexniki vasitələr satan 17     nəfər      saxlanıldı