Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
114575
az

Husilər Rusiya yüklərini daşıyan tankerlərə hücum ediblər

15:1817 İyul, 2024
136
  • A

Yəmənin husi üsyançıları 24 saat ərzində Qırmızı dənizdə Rusiya yüklərini daşıyan iki tankerə hücum edib.

 

“Arab News” xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin bəyanatında deyilir.

 

İlk vurulan, Rusiyadan Çinə bitki yağı daşıyan Panama bayrağı altında üzən İsrailə məxsus Bentley I oldu. Husilər ona tərəf partlayıcı maddələr olan bir pilotsuz təyyarə və iki kiçik minalı qayıq göndərib, daha sonra gəmiyə doğru ballistik raket atıblar. Lakin onlar tankerə zərər verə bilməyiblər.


Daha sonra üsyançılar Liberiya bayraqlı, Marşal adalarında qeydiyyatdan keçmiş Chios Lion neft tankerini uzaqdan idarə olunan qayıqla atəşə tutub və zədələyiblər. Tanker Krasnodar diyarındakı Tuapse limanından 100 min ton xam neft daşıyırdı.

Qırmızı Dəniz və Ədən Körfəzinin Birgə Dəniz İnformasiya Mərkəzi (JMIC) bildirib ki, nəticədə Yəmənin liman şəhəri Hudeydadan təxminən 185 km şimal-qərbdə, Qırmızı dənizdə neft sızması baş verib. Mərkəzdən verilən məlumata görə, Chios Lion sol tərəfinə cüzi ziyan vurub.

"Gəmi əvvəlcə cənuba doğru gedirdi, lakin hücumdan sonra zərəri daha da qiymətləndirmək və mümkün neft sızıntısını araşdırmaq üçün geri dönüb və təhlükə zonasından şimala doğru yola çıxdı" dedi JMIC.

Yəmən husiləri iyulun 13-də İsrailin Qəzza zolağının cənubundakı Xan Yunis şəhərinə endirdiyi ölümcül hava hücumuna cavab olaraq tankerlərə hücum etdiklərini bildiriblər.

 

Miri

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Tramp inauqurasiyadan əvvəl mitinq keçirəcək
Çin ABŞ-ın müdafiə şirkətlərinə qarşı sanksiyalar tətbiq edir
Cənubi Koreya polisi təyyarə qəzasından sonra Jeju Air-də axtarış aparıb

Donuz əti buna görə haram imiş - AÇIQLAMA

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Hacıqabulda AĞIR QƏZA: 1 nəfər öldü, 6-sı yaralandı -YENİLƏNDİ