Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
114567
az

"Vətəndaşın narkotiklə ittiham edilməsi iddiaları əsassızdır" - DİN-dən AÇIQLAMA

16:4217 İyul, 2024
131
CƏMİYYƏT
  • A

Sosial şəbəkələrdə polis əməkdaşının şübhəli şəxsi saxlamasına dair görüntülər yayılıb. 

DİN-in Mətbuat Xidmətinin media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Anar Qafarov yayılan görüntülərlə bağlı bildirib ki, görüntülər 5 il öncə Sabunçu rayonunda qeydə alınıb. 

Ərazidə keçirilən əməliyyat tədbiri zamanı bir nəfər özünü şübhəli apardığından polis əməkdaşı ona yaxınlaşıb. O, polisin qanuni tələbinə qəsdən tabe olmadığına görə fənd tətbiq olunaraq saxlanılıb və yoxlanılması üçün polis bölməsinə aparılıb. 

Araşdırmalarla müəyyən edilib ki, həmin şəxsin ərazidə axtarışı aparılan digər şübhəlilərlə əlaqəsi yoxdur. Onun barəsində aqressiv davranışına görə inzibati xəta haqqında protokol tərtib olunaraq 50 manat cərimə tətbiq edilməklə sərbəst buraxılıb. 

Qeyd olunanları nəzərə alaraq, diqqətə çatdırırıq ki, vətəndaşın narkotiklə ittiham edilməsi və digər əsası olmayan iddialar həqiqəti əks etdirmir.

 
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Masazırda uçqun: Ölən və yaralılar var
Baş nazir qərar İMZALADI
İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Ev belə partladı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Son 37 ildə qeydiyyata düşən İİV xəstələrinin    sayı      açıqlandı
Ramiz Mehdiyevin kürəkəninin iddiası     rədd       olundu