ABŞ prezidenti Co Bayden ABŞ seçkiləri ərəfəsində 14 əsas ştatda rəqibi Donald Trampa uduzur.
Oxu24.com xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
“Co Bayden keçmiş prezident Donald Trampı 14 əsas ştatda, o cümlədən 2020-ci ildə Baydenin Trampı məğlub etdiyi 5 ştatda geridə qoyur: Arizona, Corciya, Miçiqan, Pensilvaniya və Viskonsin”, – şəbəkə bildirib.
Bundan əlavə, Baydenin mövqeyi Kolorado, Minnesota, Men, Nyu-Meksiko, Virciniya və Nyu-Hempşirdə zəifləyib.
Bundan əvvəl Baydenin keçmiş müşaviri, Pensilvaniya Universitetinin prorektoru Ezekiel Emanuel bildirib ki, ABŞ prezidentinin problemi onun yaşı deyil, dövlət başçısı kimi fəaliyyət göstərmək qabiliyyətidir.
Daha əvvəl Rusiya Trampa sui-qəsdin onu “qəhrəman və şəhid” etdiyini bildirmişdi.
Nigar
Oxu24.com
ŞƏRHLƏR