Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
114553
az

Avropa Parlamenti Trampa sui-qəsd və Qəzzada müharibəni müzakirə etməkdən imtina edib

17:1017 İyul, 2024
143
DÜNYA
  • A

Avropa Parlamentinin üzvləri ABŞ-ın keçmiş prezidenti Donald Trampa sui-qəsd cəhdi və Qəzza zolağında müharibə ilə bağlı vəziyyəti müzakirə etməkdən imtina ediblər.

 

Oxu24.com xəbər verir  ki, bu barədə RİA Novosti məlumat yayıb.

 

Qeyd olunur ki, solçu partiyaların nümayəndələri sonuncunun Qəzzada keçirdiyi əməliyyat fonunda Avropa İttifaqı ilə İsrail arasında münasibətlərin müzakirəsinin gündəmə daxil edilməsini təklif edib, sağ partiyalar isə Trampın həyatına hücumu müzakirə etməyi və onu qınamağı tələb ediblər.

 

Lakin deputatların əksəriyyəti bu təşəbbüslərin əleyhinə səs verib və nəticədə parlamentarilər Ukraynaya yalnız hərbi yardımı müzakirə ediblər.

 

İyulun 13-də Tramp Pensilvaniyada seçkiqabağı mitinq zamanı həyatına qəsddən sağ çıxıb. Siyasətçiyə bir neçə dəfə atəş açılıb, bundan sonra qulağı qanlı halda səhnədən götürülüb və xəstəxanaya yerləşdirilib. Yardım alındıqdan sonra ABŞ-ın keçmiş prezidenti xəstəxanadan buraxılıb.

 

Bundan əvvəl ABŞ ordusunun keçmiş zabiti Trampa qarşı növbəti sui-qəsd cəhdlərini istisna etməyib.

 

Miri

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Tiflisdəki mitinqdə son vəziyyət: 1 polis yaralandı
Şarl Mişel səlahiyyətlərini təhvil verdi

Antalyada zəlzələ oldu

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Ev belə partladı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Son 37 ildə qeydiyyata düşən İİV xəstələrinin    sayı      açıqlandı
Ramiz Mehdiyevin kürəkəninin iddiası     rədd       olundu