“Toplanışın 12 günü ərzində çox yaxşı işlər görən texniki heyətə və futbolçulara təşəkkür edirəm. Hazırlıq prosesinin sonluğu da yaxşı alındı".
Oxu24.com xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov klubun rəsmi saytına müsahibəsində deyib.
Təcrübəli mütəxəssis Avstriyadakı təlim-məşq toplanışının son günündə Xorvatiyanın “Slaven” (1:0) və Birləşmiş Ərəb Əmirliklərinin “Şəbəb Əl-Əhli” klublarına (5:2) qarşı yoxlama oyunları, həmçinin hazırlıq prosesini dəyərləndirib: "Bugünkü matçlar da əvvəlki iki qarşılaşma kimi dinamik, baxımlı keçdi. Hesab bizi aldatmalı deyil. İki çox yaxşı komandaya qarşı oynayırdıq. “Şəbəb Əl-Əhli”nin baş məşqçisi Paulo Souzanı öncədən də tanıyırdıq. Təcrübəli çalışdırıcı Avropa Liqasında rəqibimiz olan “Fiorentina”nı çalışdırırdı. Bütün futbolçular 90 dəqiqə oynadı və sonadək tempi aşağı salmadılar. Yekunda yaxşı qələbə, yaxşı oyun və ümumilikdə inamlı hazırlıq oldu. Toplanışdan razı qaldım, komandamız çox yaxşı hazırlıq keçdi”.
Oxu24.com
ŞƏRHLƏR