Sabah Astara və Lənkəranın bəzi ərazilərində qazın verilişi dayandırılacaq.
OXU24.COM xəbər verir ki, Astara XS ərazisində 2024-2025-ci illərin payız-qış mövsümünə hazırlıqla əlaqədar tədbirlər planına əsasən Astara rayonu “Ərcivan”QPS-dən qıdalanan Ərçivan qəsəbəsində ŞQTM-800 markalı tənzimləyicinin və diametri 100 mm-lik siyirtmənin quraşdırılması məqsədilə 420 abonentin qaz təchizatının sabah saat 10:00-dan işlər yekunlaşana qədər dayandırılması planlaşdırılır.
Eləcə də Lənkəran rayonu ərazisində yerləşən “Hirkan” QPS-dən qidalanan Şilim kəndində qaz kəmərində aşkar olunmuş sızmanın aradan qaldırılmasından ötrü sabah saat 10:00-dan işlər başa çatanadək Moğonojba, Seyidəkəran, Tütəpeştə, Kənarmeşə, Şilim və Aşağı Nüvədi kəndləri olmaqla ümumilikdə 3000-ə yaxın abonentin qaz təchizatı dayandırılacaq.
Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş edilir.
Oxu24.com
ŞƏRHLƏR