Əməkdar artist Teymur Əmrah "Zaurla Günaydın" proqramının bugünkü canlı buraxlışına dəvətli olsa da telekanala gəlməyib.
Milli.Az xəbər verir ki, narahat qalan aparıcı Zaur Baxşəliyev canlı yayımda hər zaman dəvət aldığı efirlərə məsuliyyəti ilə seçilən, qəfil yoxa çıxan sənətçinin evinə gedib.
Yaşadığı mənzilin qapısını döyən Zaura qapı arxasından yad səs cavab verib. Teymurun qohumu olduğunu bildirən şəxs sənətçinin təcili Gəncəyə getdiyini qeyd edib.
Mobil nömrəsinə zəng çatmayan müğənninin başına bir hadisə gələcəyindən qorxan Günay Baxşəliyeva və verilişin qonaqları həmin anları studiyada həyəcanla izləyiblər.
Oxu24.com
ŞƏRHLƏR