Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
114469
az

Aİ ölkələri Əfqanıstana qayıtmaq istəyir

14:5216 İyul, 2024
124
DÜNYA
  • A

Bloomberg öz mənbələrinə istinadən yazır ki, bir sıra Aİ ölkələrində səlahiyyətlilər Əfqanıstanda səfirliklərin yenidən açılması imkanını müzakirə edirlər ki, bu da Talibanın ölkədə rəsmi hökumət kimi tanınması deməkdir.


Yüksək səviyyəli avropalı diplomatlardan biri nəşrə bildirib ki, Brüsseldə Talibanla bağlı baxışlar Aİ ölkələrinin nümayəndələrinin Əfqanıstanda fiziki iştirakının zəruriliyini tanımaq istiqamətində dəyişib.

 

Onun sözlərinə görə, bu, inkişaf layihələrinin həyata keçirilməsi, qadınların hüquqlarının müdafiəsi və ümumiyyətlə, ölkədə strateji varlığın yaradılması üçün lazımdır.

 

Xüsusilə, İtaliya hakimiyyətinin bu məqsədlə Əfqanıstan paytaxtında kəşfiyyat əməliyyatı keçirdiyi bildirilir.

 

Həmçinin ölkənin xarici işlər naziri Antonio Tajani İtaliyanın Əfqanıstandakı səfirinin hazırda Qətərdə olan Kabilə səfər etdiyini təsdiqləyib.

 

Tajaninin sözlərinə görə, İtaliya hakimiyyəti Talibanla diplomatik əlaqələr qurmaq üçün “çalışır”. O, həmçinin Əfqanıstanda “insan haqları problemlərinin” olduğunu vurğuladı və qeyd etdi ki, “həlli çox çətindir, bunun üçün vaxt lazımdır”.

 

Miri

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Məşhur ulduzun malikanəsində şər ruhlar dolaşır -ŞOK İDDİA
Türkiyədə çökən mədəndən 2 nəfər XİLAS EDİLDİ
Makronun ARVADI KİŞİDİR -Ouens sübutları dərc edəcəyinə SÖZ VERDİ

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Goranboyda 57 yaşlı kişi özünü asdı